Mərkəzi Seçki Komissiyasında ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş keçirilib

post-img

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 M.Pənahov missiyanın görüş üçün təşəbbüsünü yüksək qiymətləndirib.

D.Buşati Milli Məclisə seçkilərdə proseslərin gedişi ilə maraqlanıb.

MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər, ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının daha səmərəli realizə olunması üçün Komissiyanın fəaliyyəti və reallaşdırılan çoxsaylı müxtəlif səpkili layihələrdən danışıb, bütün addımların qanunvericiliyin tələblərinə uyğun və tam şəffaflıq şəraitində atıldığını diqqətə çatdırıb.

Qonaqların suallarını cavablandıran M.Pənahov, həmçinin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqların və nəzərdə tutulan genişmiqyaslı layihələrin müvəffəqiyyətlə davam etdiyini vurğulayıb.

Görüş zamanı Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi və müzakirələr aparılıb.





Siyasət