Baqrat Qalstanyanın irqçi çağırışı bəşəri cinayətdir

post-img

Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib. Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.

Sənəddə Baqrat Qalstanyanın bu bəyanatı qınanılır, arxiyepiskop irqçi yanaşmadan çəkinməyə çağrılır. “Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir”, – deyə bəyanatda vurğulanıb.

XQ

 

Siyasət