Prezident İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Braziliya Prezidentinə başsağlığı verib

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyada baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin Prezidenti Luiz İnasio Lula da Silvaya başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının Braziliya Prezidentinə ünvanlandığı məktubda deyilir: “San-Paulu ştatında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Siyasət