“Armenizm”in “andranikizm”, “tsexakronizm”, “erməni fədaizmi”, “erməni faşizmi” kimi “izmlər”i bəşəri təhlükə saçır
(əvvəli https://xalqqazeti.az/az/siyaset/189020-ermeni-irqcilik-dusuncesi-gerizekaliqdan-qaynaqlanir)
Ermənilərin “türk” anlayışı
“Nə qədər ki, “türk” sözü bir erməninin beynində mənfi emosiya doğurur və onun ruhunu məhv edir, qərb qonşumuzla əlaqə qura bilməyəcəyik”. Bu, XIX əsrdə yaşayan Artsruninin deyil, müasir bir erməninin təsbitidir. Bu sətirlərin müəllifi Tatul Hakobyan davam edəndə ki, “Türk” sözü hecada və burunda işlədildiyi müddətcə qərb qonşumuzla hər zaman Qərbin mühakiməsində ola bilmərik. Amma onu dəyişdirmək imkanımız yoxdur”– demək müəyyən məsələlərə baxış fərqimiz ən azı bir– birinə yaxın deyil. Ümumən türk millətinə, Azərbaycan və Türkiyədə yaşayan xalqa nifrət erməninin iliyinə qədər işləyib”
Həm SSRİ zamanında, həm də Ermənistanın müstəqilliyindən sonra ayrı-ayrı hakimiyyətlər zamanında, bu, bir ideologiya kimi, ictimai rəy, reallığı görmə və hadisələri dəyərləndirmə qabiliyyəti ilə, türk düşmənliyini meydana gətirmə vasitələri və imkanları olan güc kimi ortaya çıxmışdır. Ermənilər özləri də onun adını belə qoymuşlar: Müasir erməni irqçiliyi. Bu ideologiyanın yayılmasının Ermənistan üçün nə dərəcədə faydalı olması və gətirəcəyi fəsadlar tez- tez müzakirə olunur.
Müasir erməni irqçiliyinin daha əvvəlki irqçi düşüncədən fərqi isə onun müasir çağa uyğunlaşdırılmasıdır. Ənənəvi erməni irqçiliyinin erməni faşizmi ilə bunun heç bir fərqi yoxdur, sadəcə olaraq, o, bir qədər “müasirləşdirlib”. Özləri də etiraf edirlər ki, erməni şüurundakı “türk” sözü erməni düşüncə sisteminin “uğurudur”. Bu sözlə onlar birləşirlər, bu sözlə bir araya gəlib mübarizə üsullarını seçir və fəaliyyətə keçirlər. “Erməni soyqırımı” adlı qondarma iddialar olmasaydı, erməni özünü dünyaya necə tanıdardı?” Əslində, bu yalanı ona görə uydurublar ki, erməni toplumunu bir arada tuta bilsinlər.
“Türk” sözü işlənilərkən onun doğurduğu assosiyasiya nifrət aşılayır. Birisinin hərəkətini pisləmək üçün “məgər sən türksən?” deyirlər. Türk burada aşağılanır... Bu ifadə erməni toplumu içərisində yayğın şəkildə istifadə edilən ifadədir.
Ermənilər, bir qayda olaraq, həm Ermənistanda, həm də Azərbaycan və Türkiyədə yaşayan soydaşlarımızı “türk” adlandırmış və bu kəlməni bəzən təhqir anlamında işlətmişlər. Çoxlarımıza rast gəlinən bir ifadə var: “Yaxşı oğlansan, heyif ki, türksən?” Bu, erməninin bizə münasibətidir. Bu gün Ermənistan Respublikası deyilən ölkədə buranın qədim və yerli sakinlərinin– türklərin yaşamamasını bu millətin ideologiyasının mənfi nəticəsi olaraq görmək mümkündür. Bu da bizə münasibətin başqa bir ifadəsidir. Bu, azmış kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında olan rayonların işğal edilməsinə haqq qazandırmaq üçün xaricə və daxilə hesablanan bir Türkiyə– Azərbaycan düşmənçiliyi təbliğ olunmaqdadır. Və bu, çox təəssüf ki, bu, bir qrupun, bir partiyanın düşüncəsi deyil, rəsmi dövlət ideologiyasıdır.
Ermənilərin irqçilik fəlsəfəsi
Müasir erməni irqçi düşüncəsi ənənəvi erməni irqçi təlimlərin, zaman içində formalaşmış ideoloji sistemin məhsuludur. İstənilən erməni belə hesab edir ki, o başqasından qana və irqi mənsubluğuna görə fərqlidir. Bir çox erməni elm adamları da daxil olmaqla, erməni toplumu içərisində Artsruninin, Garegin Njdenin, Raffinin, Andranikin, Silva Kaputikyanın, Zori Balayanın və başqa erməni irqçi düşüncə sahiblərinin ortaya atdıqları “erməni ari irqi”, “erməni ariliyi” ideyası tənqid olunmaq, onun sərsəmləmə olduğu, başqa xalqlarla yanaşı, öz xalqına belə zərər verəcəyi qeyd olunmaq əvəzinə, onun böyük çoxluq tərəfindən dəstəklənməsi, əslində, erməni cəmiyyətinin normal, bəşəri ideyalara malik olmadığını göstərməkdədir. Əslində dünyada elmi dayaqları olmayan bütün irqçi fikirlərin ortaya atılması da eyni səbəbdən olmuşdur. Erməni türkoloq Tatul Hakopyan “Araratdan baxış. Ermənilər və Türklər” adlı kitabında “türk” toplumuna münasibəti belə ifadə edir: “...Osmanlılar üçün “türk” sözü milliyyətdən daha çox sosial mənalı idi və doğduğu yerə bağlılıqdan başqa bir şey deyildi.. Əsrlər boyu “türk” sözü etiket kimi istifadə olunurdu, onlara biz “ anlamaz türk”, “yaramaz türk”, “fırıldaqçı türk “... deyirdik. Yalnız biz deyil, başqaları da türkü aşağı təbəqələrin nümayəndələri adlandırdılar, xüsusilə onu kəndçi sayırdılar.
“Türklərə və azərbaycanlılara nifrətlə dolu olan erməni irqçiliyinin bəzi ifadə şəkilləri fərqli olsa da, hədəf eynidir : “Harada türk görsən öldür! O sənin bioloji varlığın üçün təhlükədir”. Bunu erməni milliyətçiliyinin əsasını qoymuş Artsruni XIX əsrin sonlarında yazmışdı. Türkləri və kürdləri qiymətləndirərkən Artsruni yazırdı ki, “...nə türklərin, nə də vəhşi kürdlərin keçmişi, tarixi, ədəbiyyatı, məktəbləri, iqtisadi istehsal ruhu və iş qabiliyyəti vardır. Təbiət, bütün xalqlara eyni cür qabiliyyətlərə sahib beyin verməmişdir. Türklərin və kürdlərin mədəniyyətə və sənətə meyilləri yoxdur. Dilləri vardır, ancaq çox geri qalmış və primitivdir. Bu dillərdə ən yaxşı ehtimalla orta məktəb təhsili verilə bilər”.
Ermənilərin türklərə nifrət təliminin “babası” Qriqori Artsruninin “mədəni ari və semit irqləri” sırasında olan ermənilər Kiçik Asiyada bu xüsusiyyətlərinə görə qəsdən barbarların yönətimi altına verilmişdir. Avropa səhvini düzəltməlidir.
Şübhəsiz ki, ermənilər Qərb ölkələrinə güvənirdilər, onların razılığını almadan “sadiq təbəə” olduqları dövlətə baş qaldıra bilməzdilər. Ermənilər gizli fəaliyyət göstərməli idilər.
O gündən bu yana türklərə münasibətdə hansısa müsbətə doğru dəyişən bir şey olmuşdurmu? Dəyişən odur ki, erməni irqçi düşüncə “yerkramas.org” adlı Rusiya saytının başına Njdenin “Türklərə qarşı mübarizə bir gün belə dayanmamalıdır” fikrini çıxarıb və sayt açılan kimi oxucular bu fikirlə rastlaşırlar. Belə işlərə rəvac verilməsi nəticəsində erməni milliyətçiliyi ultra milliyətçiliyə, faşizmə qədər uzanmış, insanlıq üçün təhlükəli olan şəbəkələşmə yaşamışdır. Alman nasistləri kimi, ermənilər də bütün insanlıq tarixini fərqli irqlərdən gələn insanlar arasında bioloji baxımdan təyin olunan bir mübarizənin tarixi kimi qiymətləndirmişlər. İrqçi nasistlər xəstələri genetik baxımdan üstün irqlərindən ortaya çıxan ləkələr olaraq görür və bu kəslərin çoxalmasının, öz “ari irqlərinə” qarşı bir bioloji təhdid meydana gətirdiyinə inanırdılar. Bundan qorxurdular. Və onları öldürürdülər. Ermənilər də elədir. Onların irqçi ideyasını qəbul etməyən adamları ya fiziki cəhətdən aradan götürür, ya da onu cəmiyyətdən təcrid edirlər: “ Sən ermənisənsə, bizim dediyimiz kimi olmalısan, bizim dediyimizi etməlisən” prinsipi ilə yanaşırlar.
2016-cı ildə Qaragin Njdeyə heykəl qoyulması müasir irqçi düşüncənin təntənəsi idi. Bir zamanlar Mussolinin yaratdığı faşist təlimindən və onun kitablarından təsirlənən və faşizmi bir dünyagörüşü olaraq mənimsəyən erməni ideoloq Garegin Njde elə eyni illərdə erməni irqçi təlimi olan Tsexakronu hazırlamışdır. Daha sonra bunları almanlar mənimsəmişlər. Öyünürlər ki, faşizmi biz italyanlardan və almanlardan öncə mənimsəmişik”.
(ardı var)
Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri