Növbədənkənar parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 38 min 744 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 8-də keçirilən iclasında məlumat verib.
M.Pənahov bildirib ki, həmin müşahidəçilərdən 5621-i MSK-da, 33 min 123-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 24 beynəlxalq qurumdan və 43 ölkədən 228 nəfər akkreditə olunub.