Fransadan üzr gözləyirik

post-img

XİN-in mətbuat katibi Ayxan Hacızadə Yay Olimpiya Oyunlarının açılış mərasimində "France 2" telekanalının müxbirinin ölkəmizə qarşı səslən­dirdiyi qərəzli fikirlər ilə bağlı yerli medianın sualını cavablandırıb. 

O bununla bağlı deyib: “Məlum oldu­ğu kimi, Beynəlxalq Olimpiya Komitə­si tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilib. 

Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının si­yasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azər­baycana qarşı aparılan qara­yaxma kampaniyasının tərkib hissəsi olduğu, buna məqsəd­yönlü şəkildə yol verildiyi qə­naətindəyik. 

Bu baxımdan məsuliyyət daşıyan tərəfin, ilk növbədə, Olimpiya Oyunlarının ev sahibi Fransa ol­ması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmama­sını tələb edirik”.

Siyasət