Bölgələrdə maarifləndirmə tədbirləri

post-img

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublika­sının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının və Mərkə­zi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmin olunması” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti “dəyirmi masa” Gəncədə təşkil olunub.

Tədbirdə çıxış edən Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı ölkə Prezidentinin 2024-cü il 28 iyun tarixli sərəncamı ilə cari il sentyabrın 1-nə par­lamentə növbədənkənar seçkilərin təyin olunduğunu, vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmi­natı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyib. Aparat rəhbəri müşahidəçilik institutunun əhəmiyyətin­dən, müvəkkilin və təsisatın bu prosesdəki rolundan danışıb. O, ombudsman Səbinə Əliyevanın təşəbbüsü, MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarif­ləndirmə tədbirlərinin keçirildiyini, bu is­tiqamətdə ilk tədbirin Bakıda, bu gün isə Gəncədə təşkil olunduğunu bildirib.

Sonra Mərkəzi Seçki Komissiyası­nın üzvləri İlham Məmmədov və Almas Qəhramanlı tərəfindən MSK-nın seçkilər ərəfəsində həyata keçirdiyi işlər barədə məlumat verilib, maarifləndirmə tədbirlə­rinin davam etdirildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraq­landıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

XQ



Son xəbərlər