Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

post-img

Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm – Red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.

“Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Siyasət