İyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin təqdimatı olub.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tədbiri açaraq üçcildliyin COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Kitabda Prezident
İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və seçilmiş iqtibasları xronoloji ardıcıllıqla verilib.
Sonra Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.
Daha sonra nəşrin redaktoru,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və digərləri təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.
Qabil YUSİFOĞLU
XQ