Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “newsday.ge”, “newposts.ge”, “kvira.ge”, “primetime.ge”, “saqinform.ge”, “realnews.ge”, “aktual.ge”, “marneulifm.ge” informasiya portalları dövlətimizin başçısının müraciətinin tam mətnini Azərbaycan, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırıb.
Müraciət portallarla yanaşı, feysbuk səhifələrində də yayımlanıb.
Azərbaycan Prezidentinin müraciəti ölkəmizin Gürcüstandakı səfirliyinin və AZƏRTAC-ın birgə əməkdaşlığı ilə dərc olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi