Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər

post-img

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının baş ombudsmanı Şeref Malkoç mayın 21-də, çərşənbə axşamı Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərinə səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, ŞKTR ombudsmanı İlkan Varol səfər proqramı ilə bağlı ictimaiyyətə məlumat verib.

ŞKTR ombudsmanı aparatından bildirilib ki, ŞKTR Prezidenti Ersin Tatar iki qardaş ölkənin ombudsmanlarının nümayəndə heyətlərini qəbul edəcək.

Bununla yanaşı, Lefkoşada ŞKTR parlamentinin spikeri Zorlu Töre və Baş nazir Ümal Üstel ilə görüşlər də keçiriləcək.

Şimali Kiprin paytaxtında, həmçinin Türkiyə, ŞKTR və Azərbaycan ombudsmanlarının üçtərəfli görüşü olacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Siyasət