Bircə Lüksemburq qalmışdı...

post-img

Yaxud “cırtdan”ın qətnamə hoqqası

Əslində, Avropanın Lüksemburq kimi cırtdan ölkəsinin Deputatlar Palatasının Ermənistanın müdafiəsinə yönəlmiş qətnaməsinə nəzər salmamaq da olardı. Lüksemburq nədir ki, onun çıxardığı qətnamə də nə ola? Digər yandan, Ermə­nistana qətnamə məntiqi ilə göstərilən dəstəyin özünün əhəmiyyətsiz bir şey olduğu sübuta yetirilmiş həqiqətdir. 

Ancaq hesab edirik ki, Lüksem­burqun Deputatlar Palatasının çıxardı­ğı qətnamənin üzərində dayanmaq iki cəhətdən zəruridir. Birincisi, sənəddə ümumən dünyanın erməniləri müdafiə trayektoriyasındakı ayrı-ayrı tezislər var. Yəni ki, hazırda Avropanın və dünyanın hansı ölkəsi, hansı beynəlxalq təşkilatı Ermənistanı müdafiə xarakterli qətnamə çıxarsaydı, mətni Lüksemburqunkundan fərqlənməyəcəkdi. 

İkinci məsələ bilavasitə Lüksem­burqun özü ilə bağlıdır. Məlumdur ki, bu sayaq sənədlər erməni lobbi və diaspor təşkilatlarının yastığının altından çıxır. Görünür, dünya erməniliyi artıq “cırtdan”­lardan istifadə mərhələsinə keçib. Avro­pada Lüksemburqdan savayı bu sayaq iki-üç cırtdan ölkə var. San-Marino, Lix­tenşteyn... maraqlıdır növbədə hansıdır?

Bəli, Lüksemburqun Deputatlar Pala­tasının Ermənistanı dəstəkləmək, region­da sülh və sabitliyin qərarlaşması naminə qəbul etdiyi bildirilən qətnaməsi ermə­nipərəst təəssübkeşlik məntiqində yer alan ənənəvi köhnəlmiş fikirlər yığınıdır. Nədir həmin fikirlər? Birincisi, qətnamədə bildirilir ki, Azərbaycanın, guya, əsassız şəkildə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 100 mindən çox erməni Qa­rabağdan məcburi köçmək məcburiyyə­tində qalıb. 

İkincisi, sənəddə Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il ta­rixli qərarı üzərində manipulyasiyaya yol verilib. Bildirilib ki, həmin qərara əsasən, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalı, eləcə də erməni hərbi əsir­lər dərhal azadlığa buraxılmalıdır. Demə­li, lüksemburqlu parlamentarilərin bey­nəlxalq hüquqdan anlayışları yoxdur. Hər halda, Azərbaycan tərəfi erməni hərbi əsirləri Ermənistan ərazisində saxlama­yıb. Belə olan halda hansı hüquq əsas götürülür? Çox güman ki, Lüksemburqun özünün balaca hüquq sistemi var. 

Üçüncüsü, Lüksemburqun deputat­larına yeni tezislər də ötürülüb. Onlar qətnamələrinə 1991-ci ilin Alma–Ata Bə­yannaməsini əlavə ediblər. Sən demə, Azərbaycan və Ermənistan arasında sərhədlər bu bəyannamə əsasında regi­on ölkələrinin ərazi bütövlüyünün qarşı­lıqlı şəkildə tanınması prinsipinə uyğun müəyyənləşməli imiş. Əslində, diqqət yetirirsinizsə, sərhədlərin bu qaydada müəyyənləşməsinin vacibliyinin bildi­rilməsi ilə erməni əsirlərin beynəlxalq hüquqa zidd olaraq saxlanılması deyimi arasında ziddiyyət var. Çünki Alma–Ata Bəyannaməsi keçmiş SSRİ-nin müttəfiq respublikalarının bir-birinin ərazi bütöv­lüklərini tanımalarını əsas götürürdüsə, o zaman həmin sənədə uyğun olaraq, erməni hərbçilər Azərbaycan ərazisində olmamalı idilər. Olublarsa, deməli, ən azı sərhədi qanunsuz keçiblər. Hələ törədə biləcəkləri başqa cinayət ehtimallarını bir kənara qoyuruq. Sözümüz ondadır ki, “cırtdanlar” bir qətnaməni də düz əməlli, məntiqi şəkildə yazıb hazırlaya bilmirlər. 

Dördüncüsü, sən demə, Ermənistan demokratik yolla gedirmiş və ölkənin mövcud istiqamətdəki əzminə dəstək verilməlidir. Göründüyü kimi, yenə köhnə havalara köklənmə var. Ermənistan ha­kimiyyəti də əlinə düşən hər fürsətdəcə özünün, guya, demokratik olduğunu vur­ğulayıb beynəlxalq siyasi dividend əldə etməyə çalışır, onların havadarları da eyni məntiqi qabardırlar. Belə görünür ki, erməni demokratiyası “xəmiri” hələ çox su aparacaq. O cümlədən, İrəvanın Bey­nəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması da. Lükemburqlu deputatlar buna görə, Ermənistanı möh­kəmcə tərifləyiblər. Guya, Roma Statutu­nun ratifikasiyası demokratiklik imiş. 

Beşincisi, qətnamənin indi haqqında söz açacağımız xüsusunda iki hissə var. Bunlardan birincisi Avropa İttifaqı–Ermə­nistan siyasi münasibətləri ilə bağlıdır. Bu münasibətlərin məğzini isə Aİ-nin Azər­baycan-Ermənistan şərti sərhədindəki mülki müşahidə missiyası təşkil edirmiş. Lüksemburqlu deputatlar Bakı–İrəvan münasibətlərinin tənzimlənməsində sö­zügedən missiyanın rolunun artırılmasını təklif ediblər. Görəsən, başqa istəkləri və arzuları varmı? Nə deyək, ola bilər, qət­namənin qeyd etdiyimiz hissəsi köhnədir. Çünki hazırda nəinki Aİ-nin müşahidəçili­yinin, heç qurumun şurasının rəhbəri Şarl Mişelin vasitəçi rolundan əsər-əlamət yoxdur. Qətnamənin bu bölümündəki ikinci hissəyə gəlincə, lüksemburqlu par­lamentarilər, əslində, Aİ-nin Ermənistanı iqtisadi, elm və təhsil əlaqələrinin güclən­dirilməsi üçün himayəyə götürmək fikirini irəli sürürlər ki, bu da məzlum ermənilər obrazının yaradılması üçündür. 

Sonda bir məqama yenidən qayıdaq. Bəli, Ermənistan hakimiyyətinin, eləcə də dünya erməniliyinin anti-Azərbaycan təbliğat ritorikasındakı qətnamə məntiqi, belə demək mümkünsə, özünün qürub çağlarını yaşayır. Lüksemburq kimi Avro­pa “cırtdan”ının işə salınması bundan xə­bər verir. Gərək, erməni lobbi və diaspor təşkilatları “köhnə qitə”dən “qara qitə”yə keçsinlər. Nəzərə alaq ki, Afrikada da “cırtdan” ölkələr var. Məsələn, Svazilend, Lesoto... 

R.ƏVƏZ
XQ

Siyasət