Azərbaycan XİN: Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda baş verən dağıdıcı daşqınlar nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

"Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara şəfa diləyirik, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik",- məlumatda qeyd olunub.

Siyasət