Yaxud, “Avrasiyada yazın gecikməsi də Azərbaycanın əməlləri ola bilər”
Keçmişdə səbəbi tam məlum olmayan hadisə haqqında danışanda deyirdilər ki, güman yüz yerə gedər, iman isə bir yerə. Yəni imanlı adam dəqiq bilmədiyi məsələyə görə kimisə ittiham eləməz. İndi həmin ifadəni Moskvadakı terror aktı haqqında fikir bildirməyə çalışan istənilən şəxsin ünvanına söyləmək olar. Təkcə Vladimir Solovyovdan başqa. Çünki bu adamda nəinki iman ( iman Allahın varlığını dərk etməkdir və xristianlar da təkallahlılğı qəbul ediblər), hətta, ədalət, həqiqət, haqq, obyektivlik kimi dəyərlərdən də əsər-əlamət yoxdur.
Bu adam təkcə Moskvada törədilmiş son terror aktı haqqılnda danışanda deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı istənilən addım haqqında danışanda da birmənalı olaraq, işğalçı, terroprçu, təxribatçı, Xocalı soyqırımını törətmiş dövlətin mövqeyindən çııxış etmişdir. Bu, o Solovyovdur ki, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticəsini də ədalətsiz adlandırmışdı ( halbuki həmin nəticəni onun yaşadığı ölkənin dövlət başçısı da imzalamışdı, nökər kimi qulluğunda durduğu Ermənistanın baş naziri də), qondarma, əldəqayırma, uydurma respublikanın “özünü buraxmasını” da, Nikol Paşinyanın “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” sözlərini də. Yəni bu adam təkcə Moskvadakı terror haqqında danışanda şərəfsizlik eləmir, çoxdanın şərəfsizidir.
Söhbət Rusiya paytaxtının rayonlarından birindəki “Crocus City Hall” konsert zalında törədilmiş və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktı haqqında danışan teleaparıcı, jurnalist Vladimir Slovyovdan gedir. Məlum olduğu kimi, Rusiyanın dövlət rəsmiləri də, hüquq-mühafizə orqanlarının rəhbərləri də, digər cavabdeh qurumların təmsilçiləri də məlum qanlı faciə haqqında danışanda kifayət qədər diqqətli və məsuliyyətli münasibət sərgiləyirlər. Hətta, bəzi siyasətçilərin bu faciənin səbəbini Ukraynada axtarmasına cavab verən Kiyevdə də kimsə tələskənlik etmir, hamı səbr və təmkinlə danışır. Vladimir Solovyov isə konkret ünvan göstərməyə tələsir.
Nə üçün? Qorxur ki, kimsə faciənin baş verdiyi gün dövriyyəyə buraxılan və dərhal da gündəlikdən çıxarılan “Azərbaycanlılara məxsus olan həmin obyektin məhv edilməsini ermənilər də törətmiş və ya sifariş etmiş olarlar” ehtimalının üstündə dayana bilər. Həmin vəziyyət isə Solovyovun “pulverənlərini” ciddi şəkild ənarahat edərdi. Ona görə də, bu erməni pulu ilə yaşayan və ermənidən çox erməni olan dəyyus dayanmadan Azərbaycanlılara qara yaxmağa çalışır.
Xatırladaq ki, Azərbaycan Prezidentinin rusiyalı həmkarına bu faciə ilə bağlı başsağlığı verməsindən başqa ( mətbuatın yazdığına görə cənab Putin Ermənistan baş nazirinin zənginə cavab verməmişdir) heç bir rəsmimiz münasibət bildirmədi. Çünki bu istintaq, həmin ölkənin daxili işidir və güclü dövlət olan Rusiya Federasiyası kiminsə köməyinə ehtiyac hiss eləmir. Volodya Solovyov kimi dəyyusların Kremli azdırmağa, istintaq aparanları çaşdırmağa yönəlmiş cəhdləri də tamamilə əsassızdır və heç bir nəticə verməyəcək.
Terror faciəsinə münasibət bildirməsək də, bu bülbül soyadı qarğanın jurnalist olduğunu nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası onun sərsəmləmələrinə tutarlı cavab vermişdir. Həm də, bütün siyasi-diplomatik və etik normalar çərçivəsində.
Mətbuat Şurasının bəyanatında deyilir ki, məlum terror aktında Azərbaycan izini axtarmaq yönümlü mülahizələri bu şəxsin ölkəmizə qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. Vladimir Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur.
Başqa bir faktı da xüsusilə qabartmaq istəyirik. Daha doğrusu, Mətbuat şurası həmin məqamı ustalıqla qabartmışdır. Belə ki, Vladimir Solovyovun erməni əsilli rusiyalı jurnalistlər Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyinin” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur: “ Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, onun başlıca məqsədi Azərbaycan – Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir”.
Fikrimcə, əgər Solovyov həqiqətən Azərbaycan – Rusiya münasibətlərinə xələl gətirmək istəyirsə, deməli, o, Vladimir Putinin siyasi xəttinə düzəliş etmək iddiasındadır və yersiz danışdığını ona başa salacaqlar. Yeri gəlmişkən, Mətbuat Şurası ümidvardır ki, Vladimir Solovyova qarşı zəruri ictimai qınaq formalaşacaq, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcək. İkinci, bu teraktı kimin törətdiyi məlum olandan sonra Solovyovun şəxsiyyəti və ləyaqəti onu məcbur etməlidir ki, əlli milyonluq Azərbaycan xalqından üzr istəsin. İnanıram ki, istəməyəcək. Çünki onda həmin dəyərlər yoxdur.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist