Binəli Yıldırım: Bakı Qlobal Forumu zaman keçdikcə daha da inkişaf edir

post-img

XI Bakı Qlobal Forumunun mövzusu olan parçalanmış dünya bizim üçün əsas problemdir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

Binəli Yıldırım bildirib: “Bakı Qlobal Forumu zaman keçdikcə daha da inkişaf edir. Dünya nizamının pozulması çağırışları qarşısında birgə çalışmalıyıq. Ətrafımıza baxdıqda münaqişələrin davam etdiyinin şahidi oluruq. Bu münaqişələr iqtisadiyyat, infrastruktur, enerji sahələrinə də mənfi təsir göstərir”.

O qeyd edib ki, ümumiyyətlə, bütün dünyada etnik təmizləmə beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmalıdır. Əks halda, irqçilik və qeyri-bərabərlik qlobal təhlükəsizlik probleminə çevrilməkdə davam edəcək.

Siyasət