Müəyyən yerlərdə Fransada yaşayan müsəlmanlar da ayrı-seçkiliyə məruz qalırlar

post-img

Bu gün Fransanın müəyyən yerlərində müsəlmanlar da ayrı-seçkiliyə, təzyiqə məruz qalırlar.

XQ xəbər verir ki, bu fikirləri Paris İslam Elmləri fakültəsinin direktoru Nurredine Belhout Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı paneldə çıxışında deyib.

O vurğulayıb ki, Azərbaycan islamofobiyadan zərər çəkib: "Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuşdu. Bunun özü də böyük ədalətsizlikdir".

N.Belhout qeyd edib ki,  ki, Azərbaycan dünyəvi dövlətdir: "Buna baxmayaq müsəlman ölkəsi olduğundan ədalətsiz münasibətlə qarşılaşır. Məqsədimiz baş verənlərin qarşısını almaqdır. Hər şeyi ağ və qara rəngdə görmək lazım deyil".

Anar ƏLİ

XQ

Siyasət