Qərbdə islamofobiya artıb

post-img

Qərb ölkələrində islamafobiya xeyli artıb. Buna qarşı qəti mübarizə aparmaq lazımdır. 

XQ xəbər verir ki, bu fikirləri Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Ayman Mazyek Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda bildirib.

O qeyd edib ki, dini və irqi ayrı-seçkilikdən böyük ikili standart yoxdur: “Qurani-kərimin xaricdə yandırılması əslində dini və əqidə azadlığına qarşı atılan addımdır. Təəssüf ki, Avropada buna qarşı cəza yoxdur. Təsəvvür edin xristian ölkələrinə məxsus hər hansı kitab yandırılsa nə baş verərdi? Belə hadisələr onlara qarşı baş verdikdə islam terrorizmi kimi qələmə verilir".

Almaniya eksperti qeyd edib ki,  terrorizmin heç bir dini yoxdur: “Müsəlmanlar hər hansı ictimai fikirlər səsləndirdikdə "terror törədirlər" deyilir. Dinindən, irqindən asılı olmayaraq islamofobiya yaşadığımız bəşəriyyətə qarşı atılan addımdır. İrqçilik adı altında atılan addımlara son qoyulmalıdır. Ayrı-seçkilik olmadan hər kəsə bərabər münasibət nümayiş etdirilməlidir".

A.Mazyek əlavə edib ki, Qərb ölkələrində islamofobiya artıb və buna qarşı mübarizə tədbirləri gücləndirilməlidir: "Keçmiş səhvlərdən nəticə çıxarılmalıdır. İslamın siyasi alət olmasının qarşısını almalıyıq. İkili standartların hansı formada olmasından asılı olmayaraq qəbul edilməsi sosial ədalətə xələl gətirir. Həmçinin müxtəlif irqçiliyə səbəb ola bilər. Görülən tədbirlər, rasional olmayan tədqiqatlar kifayət etməyəcək. Dinlərarası və mədəniyyətlərarası dialoq bərabər şəkildə təmin edilməlidir".

Anar ƏLİ,
XQ

Siyasət