Xankəndidən separatizm izləri silinir

post-img

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin vandallığının izlərini açıq-aydın görmək mümkündür. Onlar işğal etdikləri ərazilərdə nəinki quruculuq işləri aparmamış, əksinə bu bölgədəki bütün mədəniyyət abidələrini, qəbirləri, evləri, məscidləri dağıtmış, təbiətə ciddi zərər vurmuş, tərk etdikləri ərazilərə isə minalar döşəmişlər.

Bu kütləvi vandalizm aktları Er­mənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Məkrli qonşuları­mızın işğal illərində əzəli torpaqları­mızda erməni arxitekturası əsasında inşa etdikləri binalar onların həmin ərazilərə sahib çıxmaq niyyətini əks etdirir. Odur ki, xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi se­paratizm təyinatlı tikililər ləğv edilir. Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı oyuncaq parlament binası­nın Azərbaycan Hökumətinin göstə­rişinə əsasən sökülməsinə başlanı­lıb. 

Azərbaycanda hazırda çox mü­hüm tarixi proseslər yaşanır. Ölkə­mizin ərazisində ikinci erməni döv­ləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir.

XQ

Siyasət