Səfir: “Bir millət, iki dövlət” kimi məqsədimiz Xocalı soyqırımının unudulmamasıdır

post-img

Niderland Krallığında yaşayan Azərbaycan və türk icmalarının üzvlərinin hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarını anmaq üçün bir araya gəlmələri çox vacibdir. Bunu daim davam etdirmək lazımdır. İcmalarımız Xocalıda mülki insanlara qarşı törədilmiş bu haqsızlığı Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Haaqada hər kəsə anlatmağa davam etməlidirlər. Bu soyqırımını, bu haqsızlığı, bu vəhşiliyi unutdurmamağa çalışmalıyıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Niderlanddakı səfiri Selçuk Ünal deyib.

Diplomat bildirib ki, “Bir millət, iki dövlət” kimi məqsədimiz bu soyqırımının unudulmamasına çalışmaqdır. Bu ölkədə yaşayan soydaşlarımızın da bunda əməyi böyükdür. Xocalı şəhidlərinin anım mərasiminə toplaşanların sayı hər il artır. Bu isə hər birimizdə üçün böyük məmnunluq doğurur. Buradakı icmalarımızın üzvləri bu faciə ilə bağlı həqiqətləri daha çox yaymalı, bununla bağlı maarifləndirmə işlərini gücləndirməlidirlər.

Siyasət