İlhan Aşkın: Xocalı soyqırımının Niderland parlamentində tanınmasını istəyirik

post-img

Əvvəllər məqsədimiz və arzumuz Xocalı şəhidlərinin xatirəsini Xocalı şəhərində anmaq idi. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sayəsində bu məqsədimizə çatmışıq. İndi isə məqsədimiz daha geniş və qətidir, bu soyqırımını beynəlxalq səviyyədə, eləcə də Niderland parlamentində tanıtmaqdır. Bunun üçün biz bu ölkənin əhalisini Xocalı soyqırımı ilə bağlı hərtərəfli maarifləndirməliyik. Bu haqsızlığa, eləcə də cinayətkarların cəzasız qalmalarına son qoyulmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan tədbirdə Hollanda Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın ifadə edib.

O bildirib ki, hər il olduğu kimi, bu il də Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan və türk icmalarının üzvləri bir araya gəliblər. Niderlandın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan, türk təşkilatlarının üzvləri şəhidlərin xatirəsini anmağı özlərinə borc bilirlər.

Siyasət