Paris notları İrəvanın “uğur simfoniyası”nı gurultuya çevirir

post-img

Ermənilər siyasi fəaliyyətə polifoniya gətirmək istədilər, xaotizm alındı 

Bu sərlövhəni görən siyasətdən uzaq oxucu dərhal etiraz edəcək ki, fransızlar dünyanın ən mədəni xalqlarından biridir və onların yaratdığı musiqi əsərləri hansısa simfoniyanı darmadağın edə bilməz. Əlüstü razılaşaraq əlavə edirəm ki, XXI əsrdə də müstəmləkəçilik əməllərindən əl çəkmək istəməyən, hələ də münaqişə törətməklə, xalqlara qan-qada, bədbəxtçilik gətirməklə məşğul olan fransızların tarix boyu yaratdıqları mükəmməl musiqi nümunələrini heç kəs inkar eləmir, mən də həmçinin. Ancaq Parisin musiqi improvizələri qaraçı ermənilərin “uğur simfoniyası”nın klavirinə əlavə ediləndə xaotizmdən başqa heç nə yarana bilməzdi və yaranmadı. 

Əvvəla, polifoniya termini yunan­cadır və eyni vaxtda səslənən bir neçə bərabər hüquqlu və müstəqil bədii əhə­miyyətli melodik xətləri cəmləşdirən çoxsəslilik deməkdir. Daha çox simfonik əsərlərdə istifadə edilir. Bu məqamda ermənilər Moskva, Vaşinqton, Tehran, Paris, Brüssel, Dehli, eləcə də, digər paytaxtlardan eşitdikləri istənilən ça­ğırışı öz fəaliyyətlərinə əlavə etməyə çalışdılar. Çünki hayların konkret dü­şüncə tərzi yoxdur, bütün dövrlərdə mif, əfsanə, rəvayət və digər uydurmalarla yaşayıblar. 

Bundan başqa, mütəxəssislər ya­zırlar ki, polifonik musiqidə uzlaşdırılan melodik xətlər müxtəlif intonasiya və ritmik quruluşa, kulminasiya və kadans­lara malik olsa da, müəyyən qayda-qa­nunlara əsaslanaraq, birgə səslənmədə qovuşdurulur. Ermənistanda indiyədək hansı qayda-qanun olub ki, birgə səs­lənməyə də nail olsun? Bundan sonra da həmin məqsədə nail ola biləcəkləri şübhə altındadır. 

Xaotizm isə latın sözü olaraq qar­maqarışıqlıq, qaydasızlıq, nizamsızlıq, hərc-mərclik deməkdir. Ermənilərin də başa düşməsi üçün bu termini başqa dil­də də təqdim edək– хаотичность. Vəs­salam! Ermənilər yeddi yox, on yeddi paytaxtdan da səs alıb “uğur simfoniya­sı” yaratmaq istəsələr, yenə faydası ol­mayacaq. Ya ordunu güdaza verəcəklər, ya iqtisadiyyatı, ya ərazilərini, ya da lap milli dövlətçiliklərini. Çünki onlar fransız­lara baxmasınlar. Fransızlar mədəni nü­munələr də yarada bilirlər, müstəmləkə kimi saxladıqları ölkələrdə qan tökməyi, milyonlarla insana zülm etməyi də ba­carırlar. Ermənilər isə terror, təxribat, iş­ğal, separatçılıq törətməkdən , şəhər və kəndləri viranəyə çevirməkdən başqa heç nə bacarmırlar. Əstəğfürullah, onlar tarixi saxtalaşdırmağı və maddi-mədəni nümunələri oğurlamağı da yaxşı baca­rırlar. 

Mədəni nümunələr demişkən, yuxa­rıda izah eləməyə başladığımız musiqi terminləri yarımçıq qaldı. Yəni klaviri də yada salmışdıq. Klavir alman sözüdür. Opera və ya simfoniya partiturasının klavişli musiqi alətlərinə – royal, pianino və sair uyğunlaşdırılmasına klavir deyilir. Son otuz ildə Paris ermənilərin klavirinə elə “əlavələr” edib, hayların təfəkkürünə elə od qoyub ki, indi nəinki özləri, hətta almanlar da müasir İrəvan klavirindən baş aça bilmirlər. 

Bu, nə deməkdir? O deməkdir ki, Ermənistan rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azər­baycanla sülh danışıqlarına getməyə, delimitasiya və demarkasiya proseslə­rinə başlamağa razılıq vermişdi. Yəni, nəyəsə nail ola bilərdik. Paris imkan ver­mədi. Emmanuel Makron açıq-açığına bütün proseslərin pozulmasına çalışdı və istənilən nəticə Ermənistanın ziyanı­na, erməni xalqının əleyhinə oldu. 

Məlum olduğu kimi, fevralın 15-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Pa­şinyanın görüşü keçirilib. Azərbaycan tərəfi bu görüş haqqında ətraflı, təfsi­latlı məlumat verməsə də, Nikol Paşin­yan Münxendəki və Almaniyanın digər şəhərlərindəki erməni diasporunun təm­silçiləri ilə görüşdə öz sevincini gizlədə bilməyib. 

Nikol Paşinyana istinad edən Armin­fo.am fevralın 19-da yazıb ki, Almani­ya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə ayın 15-də Münxendə keçirilən İlham Əliyev – Nikol Paşinyan görüşü səmərəli və konstruk­tiv olmuşdur: “Azərbaycan Prezidenti özü də Almaniyada BMT-nin Baş katibi ilə görüşdə Ermənistan rəhbəri ilə danı­şıqları səmərəli adlandırmışdır”. 

Diqqət yetirin, Azərbaycan Prezi­denti bu görüşü səmərəli adlandırır, Ermənistan rəhbərliyi rəsmi Bakının bu mövqeyini şadyanalıqla dilə gətirir. Al­maniya rəhbərliyi bu nəticədən məm­nun olduğunu söyləyir, BMT Baş katibi Azərbaycan və Ermənistan rəhbərləri­nin mövqeyini alqışlayır... Bəs Paris nə deyəcək? Makron hələ pusqudadır. Hələ Ermənistanın “uğur simfoniyası”na əlavə ediləsi fransızsayağı notlar üzərin­də düşünür. 

Amma ola bilsin ki, onun dirijorluğu daha işə yaramasın. Çünki Prezident İlham Əliyevin dövri olaraq təkrar etdi­yi “Heç kəs dəmir yumruğu unutmasın!” xəbərdarlığı hamının qulağında, döv­lət başçımızın növbəti seçkidən dərhal sonra Ankarada yüksəksəviyyəli görüş­lər keçirməsi isə dünyanın gözünün qar­şısındadır. Yəni, Paris axır ki, Ermənis­tanın məhz İrəvanın istədiyi kimi addım atmasına imkan verməlidir və verəcək. Başqa yol yoxdur.

İttifaq MİRZƏBƏYLİ

Siyasət