Rusiyanın Azərbaycandakı səfiri: Qarabağla bağlı məsələ bağlanıb

post-img

Qarabağla bağlı məsələ bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə səy göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya iki tərəf arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır.

Bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“Ermənistan və Azərbaycan indi birbaşa sülh müqaviləsi layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi, mənim fikrimcə, tamamilə əsaslandırılmış, standart müddəa və maddələrdir ki, onlar bir qayda olaraq tərəflər arasında sülh müqavilələrində mövcuddur. Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, bu danışıqlar tez başa çatdırıla bilər. Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz var”, - deyə diplomat qeyd edib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət