Ərəbdilli mətbuatda Azərbaycandakı sabitlikdən və qazanılan uğurlardan bəhs edilib

post-img

Ərəbdilli mətbuatda Azərbaycandakı sabitlik və 2023-cü ildə qazanılan uğurlardan bəhs edən “2024-cü il - Azərbaycan üçün mühüm ildir” sərlövhəli məqalə dərc olunub. Məqalə Pakistan, Misir, Livan, İraq, Suriya, Səudiyyə Ərəbistanı və Əlcəzair oxucuları arasında böyük maraqla qarşılanıb.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin müəllifi olduğu məqalədə Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasından, dünyanın ikinci ən böyük təşkilatına - Qoşulmama Hərəkatı uğurla sədrlik etməsindən danışılır. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin keçdiyi uğurlu inkişaf yoluna toxunulur, Azərbaycanın dünyada beynəlxalq təşəbbüslərin müəllifi kimi tanındığı, pandemiya dövründə “vaksin milliyyətçiliyi”nin qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunur.

Bildirilib ki, torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalından sonra Azərbaycanın ərazilərini azad edib və indi orada irimiqyaslı layihələr həyata keçirilir. Azərbaycan həqiqətləri barədə geniş məlumat verilən yazıda, həmçinin ölkəmizin regionda sülhə verdiyi töhfələr barədə danışılıb.

Ölkəmizin yüksək səviyyəli və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vurğulanan məqalədə, həmçinin bu il COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın ölkəmizə yüksək etimadın göstəricisi olduğu vurğulanıb.



Siyasət