Türkiyə mediası Prezident İlham Əliyevin seçkilərdə qələbəsindən yazmaqda davam edir

post-img

Türkiyə mətbuatında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinə dair çoxsaylı xəbərlər yayımlanıb.

Anadolu Agentliyinin yaydığı “Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələrinə görə, İlham Əliyev 92,05 faiz səslə qalib gəlib” sərlövhəli yazıda son 21 ildə Azərbaycanın imzası olan İlham Əliyevin son seçkilərdə qalib gələrək beşinci dəfə seçki zəfəri yaşadığı bildirilib. Vurğulanıb ki, 2003-cü ildə keçirilən seçkilərdə qalib gələrək ilk dəfə prezident seçilən İlham Əliyev 21 illik hakimiyyətindən sonra “qalib xalqın qalib Lideri” şüarı ilə iştirak etdiyi sonuncu seçkilərdə inamlı qələbə qazanıb. Oxucuların diqqətinə çatdırılıb ki, Heydər Əliyev siyasətini davam etdirən İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək işğal altındakı Qarabağı və ətraf əraziləri erməni işğalından azad etməklə liderliyini zəfərlə taclandırıb.

Yazıda son illər Azərbaycan ilə Türkiyə arasında inkişaf edən münasibətlərə də geniş yer verilib.

“24” saytında dərc olunan məqalədə diqqətə çatdırılıb ki, MSK-nın açıqladığı ilkin rəqəmlərə əsasən Prezident İlham Əliyev yüksək səs faizi ilə qalib gəlib.

“Euronews”un Türkiyə versiyası da seçkilərin ilkin nəticələrindən yazıb. Vurğulanıb ki, seçicilərin 76.73 faizinin səs verdiyi seçkilərdə İlham Əliyevin rəqiblərindən ən çoxu 2,2 faiz səs toplayıb. Exit-poll”un nəticələrinin də yer aldığı məqalədə bildirilib ki, bu nəticələrə əsasən, İlham Əliyev yernidən qələbə çalıb.

“BBC News Türkçe”, “Reuters”, TRT kimi media qurumlarında yayımlanan informasiyalarda İlham Əliyevin rəqiblərini böyük səs çoxluğu ilə geridə qoymasına diqqət çəkilib.

Yazılarda “Exit-poll”un nəticələrinə də yer verilib.

“TRT”nin saytında yayımlanan digər məqalədə isə Azərbaycan ictimaiyyətinin Prezident İlham Əliyevin qəlbəəsini böyük cosqu ilə qeyd etdiyi vurğulanıb.

“Milliyyət” qəzeti isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə təbrikinə diqqət çəkib.

Azərbaycan Prezidentinin seçkilərdə inamlı qələbəsini əks etdirən informasiyalar, həmçinin “Hürriyet” qəzetində, “Haberler.com”, “Haber7com” saytlarında, “Haber Global”da və digər media resurslarında yayılıb.

Bu seçkilərin tarixi əhəmiyyətinin vurğulandığı materiallarda Bakıdan xüsusi reportajlar vasitəsilə xalqımızın sevinci nümayiş etdirilib.



























Siyasət