“Tehran İrəvanı yox, Bakını seçəcək” - RƏY

post-img

Ermənistan hakimiyyəti başa düşmədi ki, Rusiya ilə düşmənçilik etmək lazım deyil. Hakimiyyət təmsilçiləri Qərbdən vədlər aldılar və onlara inandılar. İndi də Nikol Paşinyan bəzən dolayısı ilə etiraf edir ki, bəli, biz səhv etmişik. Buna baxmayaraq, o, inadla, ardıcıl olaraq eyni istiqamətdə getməkdə davam edir.

Bu fikirləri Ermənistan mətbuatına müsahibəsində politoloq Armen Bağdasaryan deyib.

“Əslində, Ermənistan öz suverenliyini itirmir, əksinə, dövlətin əsas funksiyasını itirir. Nikol Paşinyan, fikir vermisinizsə, son müsahibəsində dedi ki, təhlükəsizlik sistemimiz elə olmalıdır ki, bizə müttəfiq lazım olmasın. Əgər siz müttəfiq axtarmırsınızsa və müttəfiqlərə ehtiyacınız olmadığını bəyan edirsinizsə, deməli, dövlətin əsas funksiyasından imtina edirsiniz”, - deyə politoloq qeyd edib. 

İranla münasibətlərə gəlincə, A.Bağdasaryan deyib ki, İran seçim qarşısında qalacaqsa, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməyə üstünlük verəcək. 

 

Rizvan FIKRƏTOĞLU

XQ

Siyasət