Erməni bloger: Ermənistan ordusunda qarışıqlıq getdikcə dərinləşir

post-img

Ermənistan ordusunda daha bir ölüm düşmən gülləsindən deyil, 25 günlük hərbi təlim zamanı baş verib.

Bu barədə bloger Vahe Ağacanyan “Facebook” səhifəsində yazıb.

“Ordudakı qarışıqlıq getdikcə dərinləşir və 25 günlük mənasız, dağıdıcı ordu hazırlığı ilə hərəkət edən hakimiyyət təcrübəsiz insanları cəbhə bölgəsinə gətirir, onların ölümünə bilərəkdən şərait yaradır.

Suren Papikyan, Edvard Asryan və Aşot Zakaryan ordunun hazırkı durumuna görə çox ağır bədəl ödəyəcəklər”, – deyə bloqqer yazıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər