Erməni hərbi ekspert: Ermənistan ordusu məğlubiyyətdən sonra özünə gəlməyib

post-img

Ordu dövlətin təhlükəsizliyinin və orada yaşayan qrupun fiziki təhlükəsizliyinin təminatçısıdır. Ona görə də ordunu daim təkmilləşdirmək, dünyadakı dəyişən tələbləri və texniki inkişafı nəzərə almaq lazımdır.

Bu barədə hərbi ekspert Artur Yeqiazaryan Ermənistan mətbuatına müsahibəsində bildirib.

“Biz görürük ki, taktika tamamilə fərqli bir ölçüyə qədəm qoyur, yəni 50 il əvvəl başqa taktiki qaydalar qüvvədə idisə, yeni vasitələrin, məsələn, pilotsuz uçuş aparatlarının meydana çıxmasından sonra müharibə səmaya keçdi. Bu o deməkdir ki, orduda köklü dəyişikliklərə ehtiyac var, silahlı qüvvələrimizin imkanları, hazırlıq səviyyəsi, döyüş səmərəliliyi müasir tələblərə uyğunlaşdırılmalıdır ki, ordu təhlükəsizliyin ciddi təminatçısı olsun.

Təəssüflər olsun ki, son 3 ildə 44 günlük müharibədən sonra silahdan tutmuş silahlı qüvvələrdə əsgərlərin mənəvi-psixoloji vəziyyətinə, nizam-intizamına qədər müharibə nəticəsində verdiyimiz itkilərin heç bir bərpası yoxdur. Bu vəziyyət aradan qaldırılmayana, itkilərimiz bərpa edilməyənə, ordu bir sistem olaraq modernləşməyənə qədər hərbçilər, dinc əhali özünü təhlükəsiz hiss etməyəcək”, - deyə ekspert bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Son xəbərlər