Paşinyan: Azərbaycanla müqavilə imzalamaq üçün yeni konstitusiyaya ehtiyac yoxdur

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün ölkənin yeni konstitusiyaya ehtiyacı yoxdur.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

"Sülh müqaviləsi layihəsi artıq bir bənd üzərində razılaşıb ki, ona görə tərəflər bu sənədə uyğun olaraq üzərlərinə götürdükləri hər hansı öhdəliyi yerinə yetirməmək üçün öz qanunlarına istinad edə bilməzlər", - deyə baş nazir parlamentdə deyib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya