Braziliyalı senator: Müşahidələrimiz zamanı seçicilərin çoxunun qadın olduğunu gördük, bu çox müsbət haldır

post-img

Fevralın 8-də Braziliya parlamentinin müşahidə missiyasının Azərbaycandakı növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Braziliyalı senator Nelson Trad Filxo Azərbaycana birbaşa seçkiləri müşahidə etmək üçün gəldiklərini bildirib.

O, müşahidələri zamanı seçkilərin çox şəffaf və demokratik şəkildə keçdiyini gördüklərini qeyd edib. “Biz yeddi seçki məntəqəsində olduq. Müşahidə zamanı seçicilərin çoxunun qadın olduğunu gördük. Bu, çox müsbət haldır”, - deyə senator vurğulayıb.

Digər senator Karlos Viana isə deyib ki, qadınların seçki prosesində iştirakı çox vacib məsələdir. Bununla yanaşı, gənclərin iştirakı da önəmlidir. “Azərbaycanda seçkilər çox şəffaf şəkildə keçdi. Azərbaycanın gələcəyi üçün bu, çox vacib idi”, - deyə o əlavə edib.

Siyasət