TÜRKPA nümayəndəsi: Seçkilərin qardaş ölkə Azərbaycana sülh, əmin-amanlıq gətirməsini diləyirik

post-img

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) bir qrup üzvü Bakıda, digər qrupu isə Şuşada keçirilən növbədənkənar prezident seçkilərini izləyir. Həqiqətən də Qarabağ Zəfərinin Azərbaycan xalqına ciddi bir sevinc və xoşbəxtlik gətirdiyinə şahidlik edirik. Bu, qutulara atılan bülleten sayında özünü göstərir.

Bunu TÜRKPA nümayəndəsi Harun Özgür Yıldızlı deyib.

"Seçkilərin qardaş ölkə Azərbaycana sülh, əmin-amanlıq gətirməsini diləyirik. Demokratik bir ortamda keçən seçkilərin xeyirli olmasını arzulayırıq", - deyə Harun Özgür Yıldızlı bildirib.

Siyasət