Böyük Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Elşad Musayevin Seçki Platforması

post-img

Əziz seçicilər!

7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının vətəndaşları Prezident seç-kisində iştirak edəcək və öz konstitusion hüquqlarından istifadə edərək ölkənin gələ-cək rəhbərini müəyyənləşdirəcəklər.

Bu Seçki ilk dəfə Xalq-Ordu birliyi nəticəsində ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizin bütün ərazisini əhatə edəcəkdir. Uşaqdan-böyüyə şanlı Vətən mü-haribəsi Zəfərində payı olan qalib vətəndaşlarımız bu Seçkidə yeni qalibiyyət dastanı yazacaqlar.

Azərbaycanın sərhədlərinin tamlığı, suverenliyi, dünya birliyində layiqli yerini tut­ması, ölkədə demokratiyanın daha da inkişaf etməsi və vətəndaşlarımızın layiqli həyat səviyyəsinin təmin olunması üçün siyasi proseslərdə təmsil olunan Böyük Azərbaycan Partiyası bu seçkilərdə mənim namizədliyimi irəli sürmüşdür.

Bu böyük məsuliyyət və vəzifəni dərk edərək Prezident seçkilərində iştirak edirəm. Namizədliyim üçün mənə dəstək göstərmiş minlərlə partiya üzvümüz və vətəndaşları­mızın etimadını doğrultmaq ən böyük amalımdır. Seçki Platforması ilə tanış olduqdan sonra bu seçkilərdə mənə etimad göstərəcəyinizə inanıram.

Sizləri seçkilərdə fəal iştirak etməyə dəvət edirəm.

Böyük və Güclü Azərbaycan Naminə!

Dövlətçilik və qanunçuluq

•Dövlətin vətəndaşlar qarşısında vəzifəqoymaqla yanaşı, həm də vətəndaşın hüquq­larının layiqli təminatçısına çevrilməsi;

•Demokratik hüquqi bazanın təkmilləşdi­rilməsi, daha demokratik və qanuni prinsiplər əsasında idarəçiliyin həyata keçirilməsi;

•Dövlətin bütün vətəndaşlar qarşısında bə­rabər imkanlar yaratması və hər kəsin savadı, qabiliyyəti müqabilində cəmiyyətdə mövqe qa­zanmasına nail olunması;

•Qanunların icra mexanizmlərinin təkmil­ləşdirilməsi;

•Tutduğu vəzifədən asılı olmayaraq hamı­nın qanun qarşısında bərabərliyinin ədalətli təmin olunması;

•Məhkəmələrdə və digər hüquq-mühafizəorqanlarında yalnız qanunlara əsaslanan qə­rarların verilməsinə nail olunması.

Azərbaycanın milli təhlükəsizliyi və ordu quruculuğu

•Ölkənin milli təhlükəsizliyinin bütün sfera­larda layiqli təminatı; 

•Azərbaycanın Milli Təhlükəsizlik Konsep­siyasının uğurla həyata keçirilməsi;

•Azərbaycanın ərazi bütövlüyünün və su­verenliyinin təmin edilməsinin milli ideya kimi gündəmdə saxlanması;

•Qazax rayonuna aid 7 kəndin və Kərkikəndinin işğaldan azad olunması;

•Ermənistanın sülhə məcbur edilməsi, deli­mitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi;

•Zəngəzur dəhlizinin açılması, tarixi torpaq­larımızla, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın pozulmuş hüquqları ilə bağlı məsələlərin gündəmdə saxlanılaraq həll olunması;

•İşğaldan azad olunmuş ərazilərimizin bər­pası və yenidən qurulması;

•Böyük Qayıdışın təmin olunması;

•Azərbaycanda güclü ordu quruculuğunundavam etdirilməsi, müasir silahlı qüvvələ­rin formalaşdırılması, Azərbaycan Ordusu­nun dünyanın ən güclü orduları siyahısında mövqeyinin möhkəmləndirilməsi;

•Silahlı qüvvələrin maddi-texniki təminatınınən müasir silahlarla daha da gücləndirilməsi;

•Azərbaycanın silah-sursat istehsalının tək­milləşdirilməsi və genişləndirilməsi. 

Sosial-iqtisadi inkişaf 

•İşsizliyin aradan qaldırılması, yüksək əməkhaqqı, pensiya, müavinətlər, uşaq pulu vermək üçün ölkənin daha güclü iqtisadi inkişafına nail olunması;

•Neft-qaz strategiyasının uğurla davam et­dirilməsi;

•Qeyri-neft sektorunun inkişaf etdirilməsi,xırda və orta biznesin stimullaşdırılması;

•Alternativ enerji resurslarının inkişaf etdi­rilməsi, yaşıl enerji strategiyasının reallaşdırıl­ması;

•İnvestisiyaların təşviqi, sahibkarlığın inki­şaf etdirilməsi, əlverişli biznes mühitinin təmin edilməsi;

•Xüsusi mülkiyyətin toxunulmazlığına təmi­nat verilməsi;

•Kənd təsərrüfatının inkişaf etdirilməsi üçündövlətin maliyyə dəstəyinin təmin edilməsi, kənd təsərrüfatı infrastrukturunun yenidən ya­radılması;

•Turizmin inkişaf etdirilməsi;

•Regionların sosial-iqtisadi inkişafına nailolmaq üçün infrastrukturun yenilənməsi, yeni xidmətlər və istehsal sahələrinin, yeni iş yer­lərinin yaradılması, yerli səviyyədə büdcələrin formalaşdırılması;

•Yoxsulluğun aradan qaldırılması üçündövlət siyasətinin dərinləşdirilməsi;

•Dövlətin sosial müdafiə və sosial təminatxərclərinin artırılması, əmək haqlarının və so­sial ödənişlərin artım dinamikasına nail olun­ması;

•Şəhid ailələrinə, əlillərə, müharibə vete­ranlarına, aztəminatlı vətəndaşlara, uşaqlara, tələbələrə güclü dövlət dəstəyinin təmin edil­məsi;

•Uşaqların daha yaxşı qidalanması, maddivə tibbi ehtiyaclarının təmin edilməsi, anaların sosial hüquqlarının genişləndirilməsi, çoxu­şaqlı ailələrə dövlət dəstəyinin artırılmasına nail olunması.

Təhsil, səhiyyə və mədəniyyət

•Azərbaycanda müasir təhsil infrastruktu­runun formalaşdırılması, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin əmək haqqının artırılması;

•Dövlət büdcəsindən təhsilə ayrılan xərclə­rin kəskin artırılması;

•Gənclərin xaricdə təhsil almaları üçündövlət proqramlarının genişləndirilməsi;

•Rəqəmsal transformasiya, süni intellekt,müasir texnologiyalar kimi dövrün çağırışları­na gəncliyin cəlb olunması;

•Müasir texnologiyaların tətbiq olunmasın­da gəncliyin rolunun artırılması və stimullaş­dırılması;

•Vətəndaşların sağlamlığının qorunması,göstərilən tibbi xidmətlərin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi;

•Əhalinin bütün tibbi xidmətlərə və dərman­lara əlverişli şərtlərlə çıxışının təmin edilməsi;

•Səhiyyə infrastrukturunun müasir tələb­lərə uyğun yenidən qurulması;

•Əhalinin ödənişsiz dispanserizasiyasınındavamlı təşkil edilməsi;

•İcbari tibbi sığorta sisteminin inkişafı vəəhatə dairəsinin, xidmətlər zərfinin genişlən­dirilməsi;

•Azərbaycan mədəni irsinin qorunmasıüçün yeni proqramların başladılması;

•Ölkəmizin mədəniyyət infrastrukturunundavamlı inkişaf etdirilməsi;

•Kino və teatr sənətinin inkişafı üçün dövlətproqramlarının hazırlanması və tətbiqi;

•İşğaldan azad olunmuş ərazilərdə Azər­baycan xalqına məxsus mədəni irsin bərpa­sının davam etdirilməsi və bu irsin dünyada tanıdılması. 

Gənclər və idman 

•Gənclərin cəmiyyətdə rolunun artırılması,milli ruhda tərbiyə alması, intellektual inkişafı, cəmiyyət həyatına inteqrasiyası, dövlət idarə-çiliyinə cəlb olunması üçün dövlət dəstəyinin artırılması;

•Gənclərin məşğulluğu, biznes fəaliyyəti­nin təşkili, karyera quruculuğu üçün dövlətin diqqəti və dəstəyinin artırılması;

•Vətən müharibəsindəki şanlı Zəfərin əldəedilməsində Azərbaycan gənclərinin möh­təşəm rolu nəzərə alınmaqla vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi üçün xüsu­si proqramlar həyata keçirilməsi;

•Gənclər arasında sağlam həyat tərzinintəşviqi, onların zərərli vərdişlərdən, kənar təsir və ideologiyalardan qorunması üçün proqram­lar həyata keçirilməsi;

•Azərbaycan idmanına dövlət dəstəyinindaha da artırılması.

Dövlət və ictimai münasibətlər

•Ölkədə mövcud siyasi dialoqun daha dadərinləşdirilməsi;

•Ölkənin taleyi və milli maraqlarla bağlıməsələlərdə ölkədaxili siyasi qüvvələrlə məs­ləhətləşmələrin aparılması;

•Kənar qüvvələrin hakimiyyətlə müxalifət,siyasi qüvvələr arasındakı münasibətlərə mü­daxilə etmə cəhdlərinin qarşısının alınması;

•Ölkəmizə qarşı aparılan qərəzli və çirkinkampaniyalara qarşı iqtidar və müxalifətin bir­gə fəaliyyətinin təmin edilməsi.

Xarici siyasət

•Azərbaycanın milli maraqlarına və bey­nəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar xarici siyasət aparması;

•Vətən müharibəsindən sonra ölkəmizinxeyirinə yaranmış yeni reallığın beynəlxalq müstəvidə qəbul etdirilməsi;

•Ermənistanın Azərbaycanın ərazi bütövlü­yü və suverenliyini tanımağa, eyni zamanda, sülh müqaviləsi bağlamağa məcbur edilməsi;

•Vətən müharibəsi dövründə və sonraAzərbaycan diplomatiyasının uğurlu fəaliyyə­tinin davam etdirilməsi;

•Vətən müharibəsindən sonra bəzi xari­ci ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı aparılan qərəzli və çirkin kampaniyanın qarşısının alınması üçün təd­birlər görülməsi;

•Azərbaycanın dünyanın aparıcı təşkilat­larında və tədbirlərində təmsil olunmasının, beynəlxalq təşkilatlara rəhbərlik etməsinin tə­min olunması;

•Qardaş Türkiyə ilə strateji müttəfiqlikəlaqələrinin daha da dərinləşməsinin təmin olunması;

•Türk Dövlətləri Təşkilatının gücləndirilmə­si üçün ölkəmizin səylərinin daha da artırılma­sı;

•Vətən müharibəsi dövründə Azərbaycanadəstək verən ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsi;

•Azərbaycanın İslam həmrəyliyi prinsipinəvə müsəlman ölkələrinin legitim maraqlarına dəstək verməsi;

•Azərbaycanın mədəniyyətlərarası və din­lərarası dialoqa verdiyi dəstəyin davam etdi­rilməsi.

Əziz seçici, 

Böyük və Güclü Azərbaycan Naminə 

ELŞAD MUSAYEVƏ 

səs ver!

 

Prezidentliyə namizədin ödənişsiz təşviqat materialı

Siyasət