Hayk Ayvazyan: Qərb və Fransa Ermənistanı yeni müharibəyə təhrik edir

post-img

“Dünyada Şimali Atlantika Alyansının sülh naminə dəstək nümayiş etdirməyə çalışdığı bir ölkə tanımıram. Bununla belə, mən bilirəm ki, məsələn, NATO-ya üzv ölkələr, xüsusən də Fransa insanları Afrikadan qovur”.

Bunu Ermənistan mətbuatına müsahibəsində “Luys” analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan deyib.

“Çünki onilliklər ərzində hər şeyin, bütün təbii sərvətlərin olduğu Afrika qitəsində insanlar qul kimi yoxsul yaşayırdılar. Çünki onları oğurlayırlar. Bir misal çəkim: bir kiloqram uranın qiyməti iki yüz dollardırsa, fransızlar onu Afrikada yarım sentə alırlar. Yalnız quldurluğun səviyyəsini təsəvvür edin. Ona görə də onilliklər boyu Qərbə dua edən o xalqlar talan edildi, məhv edildi, istismar edildi.

Ermənistana gəlincə, kənardan idarə olunan dövlətdir. Ermənistan bütün sahələrdə xaricilərin, Qərbin hakimiyyəti altındadır. Ona görə də hakimiyyət özbaşına qərar qəbul edə bilməz, onlara nə etməli olduğu deyilir. Hesab edirəm ki, regionumuzda sabit sülhü təmin edə biləcək yeganə dövlət Rusiyadır. Qərb isə Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində iştirak etməməsi üçün hər şeyi edir. Əgər bu rol olmasa, o zaman mövcud münaqişə daha da güclənəcək və yeni müharibəyə səbəb olacaq. Yəni, Qərb yeni müharibəyə təhrik edir və Fransa bu rolu öz üzərinə götürüb”, - analitik bildirib.

 

Rizvan FIKRƏTOĞLU

XQ

 

Siyasət