Ukrayna Ali Radasının nümayəndə heyəti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək

post-img

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək.

Bu barədə Ali Radadan (parlament) məlumat verilib.

Bildirilib ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

Müşahidə missiyasına ukraynalı deputatlar - Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.

Ukrayna Ali Radasının müşahidə missiyası fevralın 4-8-də Azərbaycanda səfərdə olacaq, seçkinin nəticələrinə dair hesabat hazırlayacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Siyasət