Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Ictimai Birliyinin Bəyanatı

post-img

Fransa senatı 17 yanvar tarixində 23-cü ilin sentyabrında Azərbaycanın BMT qətnamələri və Beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq mütləq ərazi bütövlüyünün bərpası ilə nəticələnən antiterror əməliyyatını pisləyən,Azərbaycana qarşı sanksiyalar tələb edən qətnamə qəbul edib.

Layihənin müəllifi Bruno Retayo bu əməliyyatı "humanitar faciə və etnik təmizləmə" kimi dəyərləndirib.

Olduqca absurd,ikili standartla əhatənən və qərəzli olan bu yanaşma qətiyyətlə pislənilməlidir.Azərbaycan son 30 ildə BMT-nin qüvvədə olan 4 qətnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib.Erməni əsilli vətəndaşlarının hüquq və bərabərliyinin qorunmasına təminat verərək Azərbaycan vətəndaşlığında qalmalarını bəyan edib və bildirib ki,hərtərəfli təhlükəsuzlik zəmanəti alacaqlar.Əgər erməni əsilli vətəndaşlar ölkəmizi könüllü tərk edibsə bu da onların konstitusion hüququdur,bu heç bir halda etnik təmizləmə deyil.

Təəssüflə qeyd etmək istərdim ki,Azərbaycan bu 30 ildə ATƏT Minsk qrupu kimi mənasız bir qrumun sülhyaratma mandatını qəbul edib,hansı ki,Fransa da bu qrupda təmsil olunub.

"Ermənistan Respublikasının ərazi bütövlüyü" adıyla hazırlanmış sənəd Cənubi Qafqazda davamlı sülh proseslərinə açıq təhdiddir və bu sənəd Azərbaycan hökuməti,vətəndaş cəmiyyəti və geniş ictimaiyyət tərəfindən pislənilməlidir.

Azərbaycan Respublikasının ərazisində "Dağlıq Qarabağ" adlı ərazi subyektinin mövcud olmadığı bütün dünyaya bəyan olunmalıdır!

 

Siyasət