Rusiya Dövlət Duması müşahidəçilərini Azərbaycana göndərəcək

post-img

Rusiya Federasiyası Dövlət Duması fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidə edilməsində iştirak etmək üçün öz nümayəndə heyətini göndərəcək.

Bu barədə jurnalistlərə Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov məlumat verib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət