Məzahir Pənahov: Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik

post-img

Media nümayəndələri ilk gündən bütün seçki prosesinin içindədir və məsələləri hərtərəfli işıqlandırırlar. Biz kütləvi informasiya vasitələrinin (KİV) seçkilərdəki rolunu həmişə yüksək tutmalıyıq.

Bunu yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.

MSK sədri qeyd edib ki, KİV həmişə müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmalıdır. Əgər tərəflər həmin iradlardan nəticə çıxarmırsa, ondan sonra məsələni işıqlandırmaq lazımdır. Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik.

Siyasət