Seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunmuş ilk seminar keçirilib

post-img

Dekabrın 25-də Mərkəzi Seçki Komissiyası tərəfindən 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin yüksək səviyyədə təşkil olunması, azad , ədalətli, şəffaf keçirilməsi və seçki subyektlərinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlərə, seçki hüququ ilə bağlı müraciətlərə baxılması üçün ilk seminara start verilib. 

Tədbirdə MSK sədrinin müavini Rövzət Qasımov və Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək seminarların vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərinin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. Tədbirdə MSK nəzdində ekspert qrupunun üzvləri, Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssisləri, MSK katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə 34 dairə seçki komissiyasının müraciət və şikayətlərin araşdırılmasına məsul olan qruplarının 102 üzvü iştirak edib.

Seminarda MSK nəzdində Ekspert qrupunda təmsil olunan komissiya üzvlərinin və Hüquq və İnsan Haqları İnstitunun mütəxəssislərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyinin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması, eləcə də, Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışları dinlənilib, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib. 

Anar ƏLİ
XQ

Siyasət