“İrəvanın “bunu yox, o birini verin” kimi seçim imkanı qalmayıb”

post-img

Jirayr Liparidyan bunu bizim antiterror əməliyyatımızdan əvvəl demişdi 

Çox təəssüf ki, bu qoca diplomatın (o, ölkənin birinci prezidenti Levon-Ter Petrosyanın xarici siyasət üzrə baş müşaviri vəzifəsində çalışmışdı) həmin xəbərdarlığını anlamadılar və nəticədə “Artsax” adlı saxta qurum özünü buraxmalı oldu. Ancaq təkcə bu diplomat deyil, Ermənistanın ayıq başla düşünə bilən siyasətçiləri, ziyalıları, xüsusən, müxalifət təmsilçiləri, az qala, hər gün çağırış səsləndirirlər ki, biz ölkənin uzaq xaricdən gələn tövsiyələrlə yox, xalqın maraq və mənafeyinə uyğun şəkildə idarə olunmasını tələb edirik. Bir daha xatırladırıq, erməni siyasətçilər “uzaq xaricdən gələn” fitnə-fəsadların öz ölkələri üçün təhlükə olduğunu yaxşı bilirlər. 

Bəs həmin “uzaq xaric” ifadəsi ha­raları əhatə edir? Sualın cavabını Azər­baycan Prezidenti İlham Əliyev dekab­rın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən mü­şavirədəki çıxışında vermişdi. Dövlət başçımız vurğulamışdı ki, həyata ke­çirdiyimiz antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bu it­tihamların heç bir əsası yoxdur: “Çünki Azərbaycan öz suveren ərazisində se­paratçılığa qarşı, işğalçılara qarşı anti­terror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin et­mişdir və eyni zamanda, bütün humani­tar normalara riayət edərək öz suveren­liyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində de­yil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyət­lə barışıb və COP29 konfransının ke­çirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilər­dən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışma­ğa məcbur olacaqlar”.

Bəli, işğalçı ölkənin təhrikçi hava­darları yeni reallıqlarla barışmalı ola­caqlar. Çünki cənab Liparidyanın dediyi kimi, Ermənistanın artıq seçim imkanı qalmayıb. Seçim imkanı yoxdursa, onda Paris, Brüssel və ya Vaşinqton bu oyuncaq dövlətin başbilənlərini hansısa başqa səmtə istiqamətləndirə bilməyəcəklər. Çıxış yolu ancaq və an­caq Azərbaycan və Türkiyə ilə müna­sibətləri normallaşdırmaq, uçurumun bir addımlığından geri çəkilmək dövlət müstəqilliyini qorumaqdır. Yeri gəlmiş­kən, Azərbaycan Prezidenti bu barədə dəfələrlə söz açıb və xatırladıb ki, Er­mənistanın Ankara və Bakı ilə müna­sibətləri bərpa etməsi ölkənin regional iqtisadi layihələrdə iştirakına zəmin yarada bilər ki, bu da onun çökməkdə olan iqtisadiyyatına nəfəs verər. 

Çox təəssüf ki, Paris və digər pay­taxtlar Ermənistan dövlətinin böhran­lardan çıxmasını, ölkənin iqtisadiy­yatının dirçəldilməsini istəmir, məhz özlərinin maraqları naminə İrəvandan alət kimi istifadə etməkdə israrlıdı­lar. Onlar məğlub ölkənin rəhbərliyini inandırmağa çalışırlar ki, hələ hər şey itməyib, nəyisə dəyişmək mümkündür. Ancaq bir erməni məsəlində deyildiyi kimi, yalan vədlər alov içərisində olan şəxsə “qorxma, sən yanmayacaqsan!” – demək kimi, əxlaqsızlıq və cinayətdir. 

Məhz Paris, Brüssel və Vaşinqton­dan gələn ruhlandırmalara görə Ermə­nistan rəhbərliyi elə bilirdi ki, 44 günlük müharibədə uduzmayıblar. Elə Jirayr Liparidyan da 23 saatlıq antiterror əmə­liyyatından əvvəl Massaçusets Erməni Tədqiqatları Mərkəzindəki çıxışında soydaşlarına xatırladırdı ki, 44 gün­lük müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin əlində bir çox variantlar olsa da, biz əsası olmayan iddialara istinad edərək, özümüzü məğlub kimi aparmaq istəmirdik: “Fikrimcə, Azər­baycanla sülh sazişini imzalamaq olar və həmin sənəddə göstərilməlidir ki, Ermənistan Azərbaycanın daxili işlə­rinə qarışmayacaq”. 

Keçmiş dövlət müşaviri ermənilərə xatırladır ki, BMT Təhlükəsizlik Şu­rası, eləcə də, Ermənistanın dostları olan Rusiya, Fransa, İran, Yunanıstan açıq şəkildə bəyan ediblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Üstəlik, İlham Əliyev düşündüklərinin hamısını reallaşdırır. 

Yeri gəlmişkən, bu uzaqgörən diplo­mat SSRİ-nin çökməsinin ilk onilliyində Ermənistan siyasətçilərinə dəfələrlə xa­tırlatmışdı ki, Azərbaycan indi bizə nə verirsə, onu götürək: “On ildən sonra onu da verməyəcəklər”. O, ermənilərə Azərbaycan ərazisində ən yüksək mux­tariyət statusu verilməsini nəzərdə tu­turdu. Bu sətirləri qələmə almaq üçün Liparidyanın son üç-dörd ildəki bir neçə müsahibəsinə baxdım. Həmin müsahi­bələrin heç birində “Mən iyirmi il qabaq sizə demişdimmi?”-- sualını görə bilmə­dim. Yəni, yada salmır. Amma xatırladır ki, Azərbaycanla razılaşmanı imzalayın və bu ölkənin daxili işlərinə qarışmaq­dan vaz keçin. Vəssalam. 

Bu çağırışa da cavab verməsələr, onda yəqin ki, Liparidyanın başqa ça­ğırışına ehtiyac qalmayacaq. 

İttifaq MİRZƏBƏYLİ

XQ

Siyasət