Kəngərli sakinləri ilə görüş

post-img

Dünən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin sə­lahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonunda olub, sakinlərlə görüşüb.

Bir il əvvəl rayon sakinləri ilə ilk görüşünü xatırladan səlahiyyət­li nümayəndə ötən dövrdə qaldırılan məsələlər və onların həlli istiqamətin­də görülən işlər barədə məlumat verib. Fuad Nəcəfli bildirib ki, icrası davam etdirilən “Naxçıvan Muxtar Respubli­kasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proq­ramı”na əsasən, muxtar respublikanın bütün bölgələrində mühüm infrastruk­tur layihələri reallaşdırılacaq, yeni iş yerləri açılacaq, əhalinin rifah halı daha da yüksələcək. Proqram çərçivəsində Kəngərli rayonunun Qıvraq qəsəbəsin­də müasir məktəb binası inşa oluna­caq, yeni su və kanalizasiya şəbəkəsi çəkiləcək, bütün yollar yenidən qurula­caq.

2023-cü ili ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün uğurlu il kimi dəyərləndirən səlahiyyətli nümayəndə sakinləri fevral ayında keçiriləcək pre­zident seçkilərində fəal iştiraka çağırıb, qarşıdan gələn Dünya Azərbaycanlıla­rının Həmrəyliyi Günü və Yeni il bayra­mı münasibətilə təbrik edib.

Görüş zamanı sakinlərin müraciət­ləri və problemləri dinlənilib. Bütün müraciətlər protokollaşdırılaraq onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

XQ

Son xəbərlər