Şuşaya giriş-çıxış sərbəstdir

post-img

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa şəhərinə giriş-çıxışa guya məhdudiyyət qoyulması ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib. 

Bununla bağlı nümayən­dəlikdən daxil olan məlumat­da qeyd olunub: “Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə gi­riş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər za­man olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”. 

XQ

Son xəbərlər