Ermənistan mətbuatının AZƏRTAC ilə bağlı yalanı əsassızdır

post-img

Ermənistan mətbuatında AZƏRTAC-da dərc olunan materialda sitatların guya təhrif edildiyi, Yuta Universitetinin alimlərinin işlətmədiyi ifadələrin yayımlandığı barədə iddialara cavab olaraq bildiririk ki, qeyd olunan məlumat Yuta Universitetinin yaydığı press-reliz əsasında hazırlanıb və Agentlik həmin tədbirdə iştirak etməyib. 

Qeyd edilən məlumatla bağlı olan press-relizin orijinalı AZƏRTAC-da saxla­nılıb (fotolar əlavə olunur). Bundan əlavə, press-relizin özəlliklərində müəllif Eva Va­silevska, redaktoru M.Yavuz olduğu aydın görünür (foto əlavə olunur). Buna görə də araşdırmaçı statusuna iddia edən erməni jurnalistə isə ittiham irəli sürməzdən əvvəl faktlarla düzgün işləməyi öyrənməyi töv­siyə edirik. 

Bildirilir ki, tədbirdə iştirak etmiş iki professor özlərinə aid olmayan sitatların guya məlumata salındığını qeyd edib­lər. Ermənistan mətbuatı hətta onlardan müsahibə də alıb. Qeyd edək ki, tədbir­də iştirak edən professor Stiven Lobell özünə aid sitatla bağlı AZƏRTAC-a müra­ciət etdikdən sonra onun ifadələri həmin məlumatdan çıxarılıb. Lakin Ermənistan mətbuatında adıçəkilən digər professor Marcori Kaslın isə Agentliyə müraciəti daxil olmayıb. 

Bundan əlavə, Ermənistan mətbuatı guya məsələ ilə əlaqədar AZƏRTAC-dan açıqlama almağa çalışıb. Lakin bildiririk ki, Agentliyə həmin media subyektindən sorğu daxil olmayıb və məqalə birtərəfli şəkildə dərc edilib. 

Bir daha bildiririk ki, AZƏRTAC bu məlumatı Yuta Universitetinin press-re­lizi əsasında dərc edib və Agentliyin heç bir müxbiri həmin tədbirdə iştirak etmə­yib. Bu səbəbdən qeyd edilən sitatların AZƏRTAC tərəfindən yazılması iddiasını qəti şəkildə rədd edirik və bunu Agentliyin imicinə xələl gətirmək cəhdi kimi dəyər­ləndiririk.

Son xəbərlər