Məzahir Pənahov: Beynəlxalq müşahidəçilik baxımından heç bir problemimiz olmayacaq

post-img

Seçki Məcəlləsinin tələblərinə görə, beynəlxalq müşahidəçiləri dəvət etmək üçün Azərbaycanda üç səlahiyyətli qurum var. Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır. Milli Məclis beynəlxalq miqyasda parlament nümayəndə heyətlərini, XİN ali müşahidəçiləri dəvət edir. Seçki ilə bağlı əməkdaşlıq etdiyimiz qurumları isə Mərkəzi Seçki Komissiyası dəvət edir.

Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

O bildirib ki, artıq siyahılar hazırlanaraq beynəlxalq müşahidəçilərə dəvətlər göndərilib:

“Buna görə də bizim beynəlxalq müşahidəçilik baxımından heç bir problemimiz olmayacaq”.

Siyasət