İcma: Ermənistan rəsmilərinin son günlər söylədikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanması prosesini yubatdığını göstərir

post-img

Ermənistan rəsmilərinin son günlər sülh müqaviləsinin imzalanması üçün “3 prinsipə riayət olunması”, “qoşunların sərhəddən geri çəkilməsi”, “beynəlxalq qarant mexanizmi” barədə dedikləri fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Bəyanatda, həmçinin deyilir: "Görünür, bunun səbəbi Fransa başda olmaqla, xarici ölkələrdən alınan silahların və Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılmasının Ermənistana verdiyi güvəndir.

Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtlər irəli sürmək kimi qeyri-konstruktiv yanaşmadan əl çəkməlidir".

Siyasət