Türkiyə Milli Müdafiə Nazirliyi Ulu Öndərin anım günü ilə bağlı paylaşım edib

post-img

Can Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.

Bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşımında yer alıb.

Paylaşımda, həmçinin deyilir: “Mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını miras olaraq nəsildən-nəslə ötürərək, Azərbaycan Türkü qardaşlarımızla daim bir və bərabər olmağa davam edəcəyik.

 

 

 


Siyasət