Prokurorluq əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

post-img

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.



Son xəbərlər