Baş prokuror: Erməni cinayətkarlarla bağlı vahid istintaq əməliyyat qrupu yaradılıb

post-img

Soydaşlarımıza qarşı vaxtilə cinayətlər törətmiş Araik Arutyunyan kimi cinayətkarlarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb. Bütün istintaq hərəkətləri həyata keçirilir. Azərbaycan xalqının istintaqın nəticələri barədə tam məlumatı olacaq. Biz bunu təmin edəcəyik.

Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"İstintaq beynəlxalq konvensiyalara, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılır”, - deyə Baş prokuror qeyd edib.

Siyasət