Nahapetyan: Aİ-nin Ermənistandakı missiyası Rusiya və İrana casusluq edir

post-img

“Aİ-nin Ermənistandakı missiyasının məqsədi bizim təhlükəsizliyimiz deyil, kəşfiyyat məlumatlarının toplanmasıdır”.

Bunu erməni hərbi-siyasi analitik Hayk Naqapetyan Ermənistan mətbuatına müsahibəsində Aİ-nin Ermənistandakı müşahidə missiyasının sayının artırılmasını şərh edərkən bildirib. 

“Aİ müşahidəçilərinin burada nə işi var? Onlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir və nəticələri bir neçə ünvana bildirirlər. Eyni zamanda, Ermənistanda NATO ölkələrinin, xüsusən də Almaniya və Fransanın (missiyanın rəhbəri Almaniyadan, müavini Fransadandır) təmsil olunan bu müşahidəçilər kəşfiyyatçıdırlar. Onların əsas missiyası Rusiyanın buradakı hərbi mövcudluğu haqqında məlumat toplamaqdır. Ermənistan-İran sərhədində kəşfiyyat fəaliyyəti də onlar üçün vacibdir, çünki İran kollektiv Qərbin, xüsusilə ABŞ və Böyük Britaniyanın əsas hədəflərindən biridir. 

Xatırlayırsınızsa, Aİ-nin Ermənistandakı missiyası əvvəlcə 2 ay müddətinə elan edilmişdi, sonra hakimiyyətin təklifi ilə onun qalma müddəti uzadılıb və sayı artırılıb. Üstəlik, Fransanın Ermənistana göndərdiyi 50 zirehli texnikanın döyüş əməliyyatları zamanı heç bir istifadəsi yoxdur. Onlar bura xüsusi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra sərhəddə patrul xidmətinə başlayacaq avropalı müşahidəçilər üçün gətirilib. Avropalı müşahidəçilər təhlükəsizlik komponenti haqqında danışarkən başa düşmək lazımdır ki, onlar ilk növbədə kəşfiyyatı nəzərdə tuturlar, lakin ölkəmizin xeyrinə deyil, ona qarşıdır”, - Nahapetyan bildirib.

XQ

Siyasət