Tarix üzərində zəfər

post-img

Şəxsiyyətin tarixdə rolu bütün zamanlarda insanlığı düşündür­müş, bəşəriyyətin zəkasını məşğul etmişdir. Kommunist ideologiyası­nın sovet rejimində zorla yürüt­düyü “kütlə tarixin yaradıcısıdır” konsepsiyası özünü doğrultmadı və elə tarixin öz əli ilə də biabır­casına iflasa uğradıldı.

Fikrimizcə, kütlə tarixin xammalıdır, tarixin yaradıcıları isə böyük səxsiyyət­lər, dahilər və liderlərdir. Tarix üzərində parlaq zəfər çalmış belə liderlərdən biri də ümummilli lider Heydər Əliyev idi. Zəmanəmizin məshur siyasətçisi, mahir dövlət qurucusu, dönməz iradə sahi­bi və istedadlı natiq, filosof, tarixçi və mədəniyyətşünas Heydər Əliyev tarix yaratdı, öz misilsiz amalları ilə Azərbay­can xalqının Ümummilli lideri zirvəsinə ucaldı.

 Liderə məxsus ən başlıca xüsusiy­yət onun adi iş üsulu idi: Heydər Əliyev ayrı-ayrılıqda konkret bir fərdlə masgul olmur, özünə lazım olan ictimai-siyasi və tarixi mühiti yaradır, kütləni həmin mühitin çevrəsinə daxil edirdi. O, adamları, prob­lemləri yox, bütövlükdə, mühiti idarə edir­di. Adamların öz meyarı, öz zamanı olmur. Onlar birlikdə liderin zamanı və meyarı ilə fəaliyyət göstərirlər. Burada tarixin gedi­şatını buxovlayan ehkam yaranmır, çünki zaman dəyişdikcə plan da dəyişir və in­sanlar bu gedişatdan razı qalırlar. 

Ulu öndər Heydər Əliyev hələ gəncli­yindən keçmis SSRİ-nin ən etibarlı, həm də ən qorxunc təskilatında – DTK-da bö­yük məktəb keçmis, onun Azərbaycan­dakı sədrliyinə, ən yüksək çinli zabiti sə­viyyəsinə yüksəlmişdi. Bu məktəb onun yenilməz səxsiyyətini, fiziki ahəngdarlı­ğını, siyasi iradəsini, zamana və insana nüfuz etmək, çevrəsinə qətiyyətli təsir gostərmək bacarıgını, liderlərə məxsus uzaqgörənliyini, cevik həyat tərzini for­malaşdırmışdı. Bütün bunlar 1969-cu ildə onun ölkə başçısı vəzifəsinə gəlməsində və bu ali kürsüdə uğurlu fəaliyyətində önəmli və müstəsna amillər olmuşdu. 

Yaxın gələcəyin lideri Heydər Əliyev DTK-da təkcə kommunist rejiminin qay­dalarını qorumur, daha cox xalqla, millətlə isləmək vərdişləri əldə edirdi. Bəlkə, elə buna görə də həm DTK generalı, həm də Azərbaycan KP MK-nin Birinci katibi kimi çoxillik fəaliyyəti zamanı qazandığı zəngin rəhbərlik təcrübəsi, habelə Kreml intriqa­larında qalib gəlmək üçün işləyib hazırla­dığı siyasi taktika sonralar – Azərbayca­nın ən ağır siyasi-tarixi durumu zamanı – 1993-cü ilin 15 iyunundan sonra daha çox kara gəldi. Yalnız onun lider kimi səxsi əzmkarlığı, xalqın ona böyük inamı, çevik diplomatiyası sayəsində Azərbaycan siya­si fəlakətdən xilas ola bildi.

Bu çətin dövrdə Ulu öndər Heydər Əliyevə məxsus iki vacib cəhət ortaya cıxdı: 

1. Xalqı təşkil etmək bacarığı. Bhu­nunla o, xaos qoynuna atılmış xalqı mə­harətlə toplayıb Azərbaycanın istiqlalına doğru yönəldə bildi. 

2. Tarixin gedisatını, ən başlıca prio­ritetləri vaxtında və düzgün təyin etmək strategiyası. O öncə böyük uzaqgörənliklə “Yolumuz hayanadır?” sualına cavab ver­di, Türk dünyasının baş qərargahı – qud­rətli qardaş Türkiyə dövləti ilə münasibət­lər qurdu. Nəticədə, onun müdrikcəsinə dediyi “Bir millət iki dövlət” konsepsiyası özünü dogrultdu. Məhz Heydər Əliyevin sayəsində Turk dünyası birləşərək Azər­baycanın arxasında dura bildi.

Ağıllı və uzaqgörən lider türk birliyinə siyasi yolla gəlmədi, tarixdə özünü hə­mişə dogrultmus ugurlu yol seçdi: “Türk­soy” yarandı. “Kitabi-Dədə Qorqud” epo­sunun 1300, dahi Məhəmməd Füzulinin 500 illik yubileyləri ədəbi-tarixi hadisələr çərcivəsindən çıxıb türkləri birləşdirən siyasi-tarixi toparlayıcıya çevrildi. O, Fü­zulini “Azərbaycan xalqının, türk dünya­sının, türk xalqlarının bu günü və gələcə­yi üçün böyuk örnək” kimi dəyərləndirdi. Türkiyə Böyük Millət Məclisindəki çıxışın­da: “Füzuli keçmişdə də türkləri birləş­dirən bir səxsiyyət olmuşdur”, – dedi.

Ümummilli lider Heydər Əliyevin ir­sinə əsaslanıb deyə bilərəm ki, Azər­baycan dünyaya yalnız ümumtürk kon­tekstində çıxdıqda güclü ola, siyasi ugur qazana bilərdi və Heydər Əliyev bunu ən yaxşı şəkildə gerçəkləşdirdi.

Xilaskar lider Heydər Əliyevin böyük siyasi iradəsi, güclü səxsiyyəti sayəsin­də Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaq faciəsin­dən qurtuldu. O, qısa müddətdə olkə­dəki siyasi və silahlı qruplaşmaları ləgv etməyə, milli-ictimai düsüncəni dövlət­çilik məcrasına daxil etməyə nail oldu. Onun dövlətçilik xəttini, Azərbaycanın müstəqilliyini qorumaq naminə həyata keçirdiyi sərt tədbirləri xalq dəstəklədi. Ölkə Heydər Əliyev cəsarətinə, əzəmə­tinə güvənərək vahimə və səksəkədən xilas oldu. 

Lakin hələ bunu beynəlxalq miq­yasda sübut etmək, xarici ölkələri Azər­baycanda siyasi sabitlik yarandığına inandırmaq lazım idi. Bu şəraitdə də li­derin – Heydər Əliyevin tarixə güvənən düsüncəsi qalib gəldi: 1994-cü ildə onun böyük iradəsi, inandırıcı diplomatiyası sayəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft diplomatiyası gerçəkləşdi. Hələ siyasi sabitliyin tam bərqərar olma­dığı, iqtisadiyyatı iflic vəziyyətdə olan bir ölkədə investisiya qoyuluşuna dünyanın məşhur neft sirkətlərini inandırmaq müs­kül məsələ idi. Fəqət, yenə də Heydər Əliyev səxsiyyəti, məntiqli nitqi və uzaq­görən diplomatiyası tarix üzərində zəfər çaldı – “Əsrin müqaviləsi” imzalandı. Bu­nunla da, Heydər Əliyev Azərbaycanda müstəqillyin iqtisadi təməllərini yaratdı.

İqtisadi bünövrə, gələcəyin iqtisadi təminatı olmadan siyasi müstəqilliyi ya­şatmaq və qoruyub saxlamaq mumkün olmazdı. Bu, həm də ölkədə milli burju­aziyanın yaranması, sağlam, sosial yö­nümlü kapitalizmin bərqərar olması üçün olduqca vacib idi.

Mükəmməl tarixi şəxsiyyət Heydər Əliyev liderlərə xas kompleks keyfiyyət­ləri öz varlığında qovuşdurmuşdu. O, fe­nomenal yaddaşı, parlaq və məzmunlu nitqi ilə dərhal qarşısındakını tərk-silah edir, dünyanın tanınmış liderlərini belə asanlıqla özünə inandırırdı. Fikrimcə, bir lider kimi onun iki əsas silahı var idi: təsir və təzyiq! O, ikinci silahdan az istifadə edirdi. Oz dəmir məntiqi, məzmunlu nitqi, xarizmatik səxsiyyəti və böyük nüfuzu ilə müasirlərinə təsir edir, planlarını lider kimi həyata keçirirdi.

Azərbaycan lideri Heydər Əliyev dün­yada tayı-bərabəri olmayan böyük dip­lomat idi. Dünya diplomatiyasının pultu, sanki, onun əlində idi. O, diplomatiyada elə gözlənilməz gedişlər edirdi ki, qar­şı tərəfin razılaşmaqdan başqa çarəsi qalmırdı. Onun təkcə məntiqli nitqi yox, eyni zamanda, qarşısındakını təslim­çiliyə məcbur edən nüfuzlu baxışları, mürəkkəb, düyünlü diplomatik söhbətlər zamanı qarşı tərəfi öz aurası – haləsi ilə fəth etmək bacarığı var idi. Bütün bunlar isə yalnız böyük tarixi səxsiyyətə, həqiqi liderə məxsusdur.

Fenomen şəxsiyyət Heydər Əliyevin xidmətlərindən biri də budur ki, o, danı­şa-danışa Azərbaycan diplomatiya dilini, siyəsət dilini yaratdı. O, Azərbaycan dili­ni, ana dilini çox sevir, gözəl bilir, dilimizə millətin varlığı kimi yanaşırdı. Özü sonra­lar belə bir faktı etiraf edirdi: “Yadımda­dır, 1978-ci ildə biz Azərbaycanın Kons­titusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstə­rildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra o, dil haqqında iki tarixi fərman verdi. Müstəqil ölkədə Azərbaycan dili­nin hakim olması zərurətini əsaslandı­ran fərmanda deyilir: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən baş­lıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütin tarixi mərhələlərdə onunlə birgə olmus, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mən­liyini, xoşbəxt gələcəyə olan inamını qo­ruyub möhkəmləndirmişdir. İnkisaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qoru­malı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Beləliklə də, xalq və dil Heydər Əliyevi düşündürən əsəs məsələ idi. Umumiyyətlə, ulu öndər Heydər Əliyev böyük ədəbiyyat və mədəniyyət hamisi idi. Cəsarətlə deyə bilərik ki, dünyada heç bir lider onun qədər öz xalqının di­linə, tarix və ədəbiyyatına, incəsənətinə dəyər verməmişdir. Bu də səbəbsiz deyil: Heydər Əliyev Azərbaycan xalqına, onun milli sərvəti olan ədəbiyyat və mədəniy­yətə böyük məhəbbət bəsləyir, bu sahəni dərindən bilirdi. İkincisi, o, ədəbiyyat və mədəniyyətə istiqlal ideologiyası – Azər­baycanın milli dövlət ideologiyası olan azərbaycançılığın ideya mənbəyi, məxə­zi kimi yanaşırdı. O həmişə Səməd Vur­gunun poetik himn olan “Azərbaycan” şeirini söyləyərkən kövrəlir və doluxsu­nurdu. 

Bu böyük vətənpərvər Dünya Azər­baycanlılarının I qurultayındakı məşhur nitqində oz azərbaycançılıq konsep­siyasını qürurla bəyan edərək deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr et­mişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıq­dır. Hər bir azərbaycanlı oz milli mənsu­biyyətinə gorə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev azərbaycançılığı ugurla dovlətçi­liyə tətbiq edərək onu milli ideologiyadan dövlət ideologiyasına çevirdi.

Azərbaycançılıq milli istiqlal ideo­logiyasıdır. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Azər­baycançılıq dunya azərbaycanlılarını birləşdirən, onların kimliyini tanıdan milli ideologiyadır. Azərbaycançılıq bu ölkədə yaşayan butün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir.

Azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkürə yoludur. Prezidentimiz İlham Əliyev şəhərsalma və memarlıqla baglı çıxışlarının birində tələb və tövsiyə etdi ki, hər şey azərbaycançılıq fəlsəfə­si əsasında qurulsun. Bu, əslində, həm keçmişə ehtiram, həm də istiqlal dolu gələcəyə böyük ümid ifadə edir. 

Dövlət başçısı İlham Əliyevin gücü bundadır ki, o, ümummilli lider Heydər Əliyevin ideallarının tarixi mahiyyətini butün xalq və bütov dünya üçün aydın səkildə açıqladı. Təbii ki, Heydər Əliyev fenomenini təkcə bir ata kimi yox, həm də siyasi lider kimi İlham Əliyevdən yax­şı, dəqiq və hərtərəfli anlayan və qəbul edən yoxdur. O, dünyada ən qüdrətli li­derlik universitetini – Heydər Əliyev döv­lət idarəçilik akademiyasını bitirib. 

Təsadüfi deyil ki, dünyanın böyük yazıçısı, dahi türk oğlu Cingiz Aytma­tov deyib: “İlham Əliyev XXI əsrin lider etalonudur!” Bu sadə cümlə böyük bir həqiqətin parlaq ifədəsidir. Onun başlıca xüsusiyyəti qalibiyyət əzmidir. O, 200 illik tariximizdə Azərbaycanın işğal edilmiş ərazilərini özünə qaytarmış ilk və yeganə böyük sərkərdə, qalib komandandır. O, dövlət idarəçiliyindən xalq idarəçiliyinə kecidin əsasını goydu. Həqiqətən də, ilk dəfə Prezident seçiləndə verdiyi vədə əzmlə əməl edib hər bir azərbaycanlının Prezidenti ola bildi.

Ümummilli lider Heydər Əliyev Azər­baycan xalqınin milli sərvətinə çevrilmiş çox dəyərli əsərlər yaradıb və yadigar qoyub gedib. Fəqət, onun iki sah əsəri var: Müstəqil Azərbaycan və Prezident İlham Əliyev! Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanı məhz azərbaycan­çı İlham Əliyevin cahanşümul fəaliyyəti sayəsində öz vüsətli iqtisadi tərəqqisi, si­yasi və diplomatik uğurları, hərbi qüdrəti ilə 44 günlük müharibədə qazandığı şanlı Zəfəri ilə bütün dünyanı heyrətdə qoyub. 

Dünənə qədər heç kəsin hesablaş­maq istəmədiyi Azərbaycan boyda kiçik bir ölkənin Prezidenti İlham Əliyev bütün səlibçi mərkəzlərin iradəsini qırdı və heç kimə, heç nəyə məhəl qoymadan ölkəsi­nin tarixi haqqını bərpa etdi. Buna ancaq Ümummilli lider Heydər Əliyevin varisi­nin cəsarəti, qətiyyəti, hikməti və diplo­matiyası çatardı və çatdı da. Prezident, Ali Baş Komandan İlham Əliyevin bu Zəfəri dünyanı özlərinin hegemonluğuna tabe etmək istəyən Qərb xristian elitası üzərində Heydər Əliyev varisinin şək­siz qələbəsidir. Bu, həm də artıq dünya müstəvisində türk iradəsinin yenilməzliyi­ni sübut edən bir xəbərdarlıqdır.

Ölkəmizin paytaxtı Bakı öz qədim ta­rixinin yeni inkişaf mərhələsinə qədəm basıb, regionların inkisafı dövlət proq­ramı əzmlə həyata keçirilir – bölgələr yeni mərkəzlərə cevrilir. Üstəlik, hörmətli Prezidentimizin dediyi kimi, vəhşi tayfa­ların xarabazara çevirdiyi, işğaldan azad edilmiş doğma Qarabağımızın şəhər və kəndləri ən müasir və modern üslubda yenidən tikilir. Ağıllı qəsəbə və şəhərlər salınır, illərlə yurd həsrəti çəkən vətən­daşlarımız artıq mərhələ-mərhələ öz el-obalarına qayıdırlar. Bir sözlə, Azər­baycanda yazıya, kitaba sığmayan əzəmətli islər görülür. Əsas odur ki, 20 il öncə Avropa və Amerikaya həsədlə baxan Azərbaycan vətəndaşı bu gün mö­cüzələri öz vətənində görüb dəyişir, mo­dernləsir... 

Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siya­si prioritetlərin tarix tərəfindən təsdiqlən­məsi deməkdir. Ulu tarix bu gün xüsusi bir inadla böyük insanın – Ümummilli liderin ideyalarının təsdiqinə xidmət edir. Milli mövcudluğumuzun ən böyük azər­baycanlısı Heydər Əliyev ölməz ideya­larının gerçəkləşməsi ilə tarix üzərində zəfər çalır. Bu, zamana sığmayan əbədi­yaşarlıqdır.

 

Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru,
Əməkdar elm xadimi,
professor



Siyasət