Elxan Şükürlü: Prezident İlham Əliyev növbəti mühüm gedişini etdi

post-img

Prezident İlham Əliyev növbəti mühüm gedişini etdi. 2024-cü ilin 7 fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün sərəncam imzaladı. 2024-cü il bütün dünya üçün ən mühüm dəyişikliklərin gözlənildiyi ildir. 2024-cü il ərzində Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz uğrunda amansız savaş aparan iki ölkədə - martda Rusiyada, noyabrda isə ABŞ-da prezident seçkiləri keçirilməlidir.

Bu fikirləri “Ədalət” Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü bildirib. 

E.Şükürlü qeyd edib ki, növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan daha əmin və arxayın şəkildə qarşısına qoyduğu hədəflər üzərində irəliləsin. Savaşı qazananlar, inşallah, sülhü və rifahı da qazanacaqlar.

Anar ƏLİ

XQ

 

Siyasət