Bakıda Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışını təmin etmək mövzusunda beynəlxalq konfrans keçirilir

post-img

Dekabrın 5-də Bakıda “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir.

Konfransda Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə müzakirələr aparılır.

Qeyd edək ki, konfransda Azərbaycandan və 30-dan çox xarici ölkədən 100-dən artıq millət vəkili, ekspert və digər tanınmış şəxslər iştirak edir.

Siyasət